Rıdvan Yılmaz yenidən "Beşiktaş"da
Türkiyənin "Beşiktaş" klubu heyətini gücləndirməyə davam edir. Komanda, Şotlandiyanın "Rangers" klubunda çıxış edən sabiq oyunçusu Rıdvan Yılmaz ilə razılığa gəlib.
Qara-ağların yeni transferi Rıdvan Yılmaz artıq İstanbuldadır.
"Yenidən dirçəldəcəyik"
Üç il sonra "Beşiktaş"a qayıdan milli sol cinah oyunçusu, İstanbula döndüyü üçün sevincini ifadə edib. O bildirib ki, "Yuvama, evimə döndüyüm üçün çox xoşbəxtəm. Uzun bir zaman keçdi. Üç ildən bəri orada idim və buradakı bütün yenilikləri izlədim. Burada olduğum üçün çox sevincliyəm. Beşiktaşı yenidən dirçəltmək üçün əlimizdən gələni edəcəyik. Bütün gücümüzlə çalışacağıq. Yenidən "Beşiktaş" forması ilə, "Beşiktaş" kamerası önündə olmaq çox gözəldir. Çox həyəcanlıyam".
24 yaşlı sol cinah müdafiəçisi tibbi müayinələrdən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz