ABŞ Vizası Məsələsi
ABŞ prezidenti Donald Trampın administrasiyası dövründə ABŞ hökuməti terrorçuları dəstəkləyən heç bir əcnəbiyə ABŞ vizası verməyəcək.
Qlastonberi Festivalındakı Təxribat
Nə baş vermişdi? İngiltərədə keçirilən dünya şöhrətli "Qlastonberi Festivalı"nda səhnəyə çıxan İngilis punk rok qrupu Bob Vylan çıxışı zamanı "Azad Fələstin" və "İsrail ordusuna ölüm" şüarları səsləndirmiş, tamaşaçılar da bu şüarlara qoşulmuşdu.
Festivalda çıxış edən İrlandiyalı rep qrupu Kneecap da Fələstinə dəstək mesajları vermiş və İngiltərə hökumətinin qadağan etməyə hazırlaşdığı "Palestine Action" adlı qrupa səhnədən salam göndərmişdi.
Festivalı canlı yayımlayan BBC, Bob Vylan qrupunun çıxışını senzurasız canlı vermiş, lakin redaksiya qaydalarını əsas gətirərək Kneecap qrupunun çıxışını canlı yayımlamamışdı.
İsrailin London Səfirliyi də özünün X hesabından paylaşım edərək festivalda istifadə olunan İsrail əleyhinə ifadələrə reaksiya vermiş, "narahatlıq" duyulduğunu bildirmişdi. Səfirlik konsertdə yəhudilərə qarşı "etnik təmizləmə çağırışı" edildiyini iddia etmişdi.