Gələcəyin Ulduzları NBA draftında
Duke Universitetindəki ilk mövsümdəki möhtəşəm çıxışı ilə diqqət çəkən 18 yaşlı basketbolçu Kuper Flaqq NBA draftının ilk seçimi olaraq “Dallas Mavericks” klubuna qatılıb. İkinci seçim hüququna sahib olan “San Antonio Spurs” isə Dilan Harperi heyətinə daxil edib. V.C. Ecgcombe üçüncü yerdən “Filadelfiya 76ers”ə, Kon Kneuppel dördüncü yerdən “Şarlott Hornets”ə, Aes Beyli isə beşinci yerdən “Yuta Jazz”a transfer olunub.
Cənubi Sudandan NBA-ə Tarixi Addım
Draftın ən diqqət çəkən adlarından biri də 2.18 metr boyu olan cənubi sudanlı Xaman Maluaç olub. Onuncu seçim olaraq “Finiks Sans”a qoşulan 18 yaşlı Maluaçın draft gecəsi “Hyuston Rokets” tərəfindən seçildiyi elan edilsə də, onun draft hüquqları həftənin əvvəlində məşhur ulduz Kevin Durantın da daxil olduğu mübadilə ilə “Sansa” verilib. Sudanda doğulduqdan sonra Uqandaya qaçqın kimi gedən Maluaç, NBA tarixində ən yüksək yerdən seçilən afrikalı oyunçu adını qazanıb.
Digər tərəfdən, 2016-cı ildə “Oklahoma Siti Tander”dən ayrıldığı vaxtdan bəri heç bir komandada üç mövsümdən çox qalmayan Kevin Durant gələn mövsüm məşhur basketbolçu Alperen Şəngünün də formasını geyindiyi “Hyuston Rokets”də oynayacaq.