Şİ CİNPİNG VƏ PUTİN ARASINDA "ÖLÜMSÜZLÜK" SÖHBƏTİ AÇIQLANDI
Çində İkinci Dünya Müharibəsinin Sakit Okean Cəbhəsinin başa çatmasının 80-ci ildönümü münasibətilə keçirilən möhtəşəm hərbi parad zamanı Rusiya prezidenti Vladimir Putin və Çin lideri Şi Cinping arasında baş tutan xüsusi söhbət "açıq mikrofonda" eşidilib. Bu dialoq beynəlxalq mediada geniş rezonans doğurub.
YAŞAM MÜDDƏTİNİN UZADILMASI GÜNDƏMDƏ
Tyananmen Meydanında təşkil edilən mərasimdə iki liderin biyoteknoloji inkişaflar və ölümsüzlük üzrə müzakirələri Çin dövlət televiziyası CCTV-nin canlı yayımına əks olunub. Məhz bu mövzu söhbətə damğa vurub.
"150 YAŞA QƏDƏR YAŞAMAQ MÜMKÜNDÜR"
Putin tərcüməçisi vasitəsilə bildirib ki, “Biyoteknoloji sahəsi daim inkişaf edir. İnsan orqanlarının transplantasiyası fasiləsiz şəkildə həyata keçirilə bilər. Nə qədər uzun yaşasanız, bir o qədər gənc qalırsınız, hətta ölümsüzlüyə çata bilərsiniz”. Şi Cinping isə bu fikrə cavab olaraq, “Bəzi proqnozlara görə, bu əsrdə insanlar 150 yaşına qədər yaşaya bilər”, – deyərək ömrün uzadılması potensialını təsdiqləyib.
Mərasimdən sonra jurnalistlərə açıqlama verən Putin, Şi Cinpinglə insan həyat müddətini ciddi şəkildə uzatma imkanlarını müzakirə etdiklərini təsdiqləyib. Bu, Kremlin uzun illərdir qocalmanın ləngidilməsi və ömrün uzadılması ilə bağlı araşdırmalara böyük maraq göstərdiyini bir daha ortaya qoyur.
KREMLİNİN UZUNÖMÜRLÜLÜK ARAŞDIRMALARI
2024-cü ildə Putinin “Qocalmanın Qarşısının Alınması Texnologiyaları” adlı bir tədqiqat mərkəzinin yaradılması barədə tapşırıq verdiyi xatırladılıb. Mərkəzin hüceyrə qocalmasını dayandırma, neyrotexnologiyalar və uzunömürlülük üzrə araşdırmalara fokuslandığı bildirilib.
Müstəqil Rusiya media orqanı Meduza-nın yaydığı məlumatlara görə, Kremlin dəstəklədiyi bu layihələrə Putinin yaxın dostu Mixail Kovalçuk rəhbərlik edir. O, laboratoriya şəraitində orqan istehsalı və orqan transplantasiyası texnologiyalarına sərmayə qoyur. Putinin böyük qızı, endokrinoloq Mariya Vorontsova isə hüceyrə yenilənməsi və uzunömürlülük tədqiqatlarında aktiv rol oynayaraq, milyardlarla dollarlıq genetik araşdırma fondlarına başçılıq edir.
Oxucu Şərhləri
Şərh Yaz