İdman 25.06.2025

Çorumda ilin toyunda qalmaqal

Çorumda ilin toyunda qalmaqal
Türk futbolunun tanınmış siması Sinan Enginin qızı Elif Engin, iş dünyasının aparıcı şəxslərindən Ahmet Ahlatcının oğlu Ahmet Emin Ahlatcı ilə ailə həyatı qurub.

Çorum toyu iş, sənət və idman camiələrinin bir araya gəldiyi möhtəşəm bir tədbirə çevrilib. Dəvətlilər arasında əvvəllər aralarında soyuq münasibətlər olduğu bilinən şəxslərin də yer alması tədbirdə baş verənlərə marağı artırıb.

Dursun Özbek və Fatih Terim arasında gərginlik

Jurnalist İbrahim Seten 343 Digital YouTube kanalında Çorumda baş tutan bu toyda yaşanan soyuq savaşı detallı şəkildə qələmə alıb. Setenin sözlərinə görə, gərginliyin əsas iştirakçıları "Galatasaray" klubunun prezidenti Dursun Özbek və tanınmış məşqçi Fatih Terim olublar. O qeyd edib ki, Sinan Enginin geniş dost çevrəsi var və bu səbəbdən Aziz Yıldırım, Acun Ilıcalı, Fatih Terim kimi müxtəlif sahələrin nümayəndələrinin bir məkanda toplanması diqqət çəkib. Həmçinin, Elif Enginin "Galatasaray" Liseyinin məzunu və "Galatasaray" Universitetində doktorantura təhsili alması, klub prezidentinin toyda iştirakını məntiqi göstərir.

Düyündə yaşananlarla bağlı əldə edilən kulis məlumatlarına görə, gözlənilən gərginlik Aziz Yıldırım və Acun Ilıcalı arasında deyil, əsasən Fatih Terim ilə Dursun Özbek arasında yaşanıb. İlk başda onların arasında heç bir salamlaşma olmayıb və qarşılıqlı münasibətlər olduqca soyuq keçib. Prezident Özbekə "Məşqçiyə xəbərdarlıq edək" deyənlər olsa da, o, "Qarışmayın" cavabını verib. Daha sonra mərasim zamanı onlar qısa bir anlıq əl sıxışsalar da, bu, səmimi bir görüşdən çox, sadəcə rəsmi bir formalılıq təəssüratı bağışlayıb. Bildirilir ki, "Galatasaray"ın cümə günü Bodrumda baş tutacaq çempionluq qeyd etmələrində daha səmimi mənzərələrin yaşanması gözlənilir. Gərginliyin bu cür açıq şəkildə nümayişi idman dairələrində böyük rezonans doğurub.

24 saat