İdman 19.08.2025

Dava edən iki nəfər klubdan qovuldu

Dava edən iki nəfər klubdan qovuldu
Mətn: ## Marsilya oyunçuları Adrien RabiotJonathan Rowe-u transfer siyahısına saldı

Fransa Ligue 1 təmsilçisi Marsilya mövsümün ilk həftəsindəcə iki futbolçusunu transfer siyahısına əlavə edib. Bunlar Fransa milli komandasının yarımmüdafiəçisi Adrien Rabiot və İngiltərə gənclər yığmasının cinah oyunçusu Jonathan Rowedur.

Klubun rəsmi saytında yayımlanan bəyanatda deyilir: "Marsilya klubu Adrien RabiotJonathan Rowe-un transfer siyahısına daxil edildiyini elan edir". Bu qərarın səbəbi kimi oyunçuların "Stade Rennais FC" matçından sonra soyunma otağında yol verdikləri "qəbuledilməz davranışlar" göstərilib. Qeyd olunur ki, bu qərar texniki heyətlə razılaşdırılıb və klubun daxili davranış qaydalarına uyğun şəkildə qəbul edilib.

Hər iki oyunçuya bu barədə məlumat verilib. Xəbərlərə görə, İtaliya nəhəngləri "AC Milan" və "Yuventus" Adrien Rabiot-un vəziyyətini yaxından izləyir. İngiltərə Premyer Liqası təmsilçisi "Sunderland" və İtaliyanın "Bolonya" klubu isə Jonathan Rowe ilə maraqlanan klublar arasındadır.

## Oyun sonrası dava

RabiotRowe, Marsilyanın səfərdə "Rennes"ə son dəqiqədə buraxdığı qolla 1-0 məğlub olduğu mövsümün açılış matçından sonra soyunma otağında əlbəyaxa dava ediblər. Komanda yoldaşları iki futbolçunu ayırmaqda çətinlik çəkiblər. Bu hadisə nəticəsində Marsilyanın 17 yaşlı futbolçusu Darryl Bakola huşunu itirib.

Soyunma otağını tərk edən Rowe bir müddət sonra Bakolanın vəziyyətinə baxmaq üçün geri qayıdıb. Rowe soyunma otağında gördüyü Rabiot-a yenidən hücum edib. İki oyunçu arasında yenidən başlayan əlbəyaxa dava Marsilya İdman Direktoru Mehdi Benatiyanın müdaxiləsi ilə güclə dayandırılıb.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz