Bir vaxtlar Azərbaycanla yanaşı, Türkiyədə də geniş izləyici kütləsi toplamış evlilik proqramı olan
Kısmetse Olur,
RTÜK-ün tətbiq etdiyi cəzalar səbəbindən televiziya ekranlarından yayımdan qaldırılmışdı. Lakin uzun müddətlik fasilədən sonra proqram "Aşkın Gücü" adı altında YouTube platformasında yenidən izləyicilərin ixtiyarına verilib.
Dilan Polat İlə Bağlı Şok İddia Ortaya Atıldı
Yaxın zamanda yeni mövsüm bölümləri ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşan "Kısmetse Olur" üçün sensasiyalı bir iddia gündəmə gəlib. Yasin Özbek adlı şəxsin məlumatına görə, verilişin yeni mövsümünün aparıcılığı üçün məşhur sima Dilan Polat-a təklif göndəriləcəyi gözlənilir. Bu iddia, proqramın pərəstişkarları arasında böyük marağa səbəb olub.
Maliyyə Razılaşması Əldə Edilərsə...
Qeyd edək ki, daha əvvəl Seda Akgül və Öykü Serter kimi tanınmış adların aparıcılıq etdiyi bu proqramda, əgər maliyyə şərtləri ilə bağlı tərəflər arasında razılıq əldə olunarsa, aparıcılıq təklifi rəsmi olaraq Dilan Polat-a təqdim ediləcək. Uzun illərdir həqiqi, yoxsa ssenarili olması ilə bağlı mübahisələrin hədəfi olan "Kısmetse Olur" verilişi əvvəlki yayımları zamanı iki cütlüyün evlənməsinə səbəb olmuşdu.
24 saat