İdman 24.08.2025

Dursun Özbek Barış Alper transferində israrlıdır

Dursun Özbek Barış Alper transferində israrlıdır

Barış Alper Yılmaz "Qalatasaray"dan ayrılmaq istəyir

"Qalatasaray" və Barış Alper Yılmaz arasında yaranmış anlaşılmazlıq qarşılıqlı sərt mövqe nümayişinə çevrilib. Milli futbolçu dünən Kəmərburgaz Təsislərinə gedərək baş məşqçi Okan Buruk ilə görüşüb və "Ayrılmaq istəyirəm" deyib. Özünü pis hiss etdiyini bildirən 25 yaşlı futbolçu yenidən məşqə çıxmayıb və getməkdə qərarlı olduğunu ifadə edib.

Klub rəhbərliyi Tuncay Maldanın açıqlamalarına sərt reaksiya verdi

Lakin "sarı-qırmızılılar" da geri çəkilmək niyyətində deyil. Barış Alper Yılmazın meneceri Tuncay Maldanın açıqlamalarına sərt reaksiya verən klub prezidenti Dursun Özbek məsələni prinsipə çevirib. "Neom"un təklif etdiyi 40 milyon avroya "Keçiörengücü"nə veriləcək 20 faizlik pay da daxildir. Yeni təklif gözləyən prezident Özbek 50 milyon avrodan aşağı məbləğə razı olmayacağını bir daha vurğulayıb.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz