Ebru Gündeş Dördüncü Evliliyini Sonlandırdı
Müğənni Ebru Gündeş (51), ötən ilin fevral ayında özündən 12 yaş kiçik iş adamı Murat Özdemirlə ailə həyatı qurmuşdu.
Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhəri Dubayda ictimaiyyətdən uzaq həyat sürən cütlüyün münasibətlərinin pisləşdiyi və boşanmaq üzrə olduğu barədə iddialar yayılmışdı. Təəssüf ki, bu iddialar həqiqətə çevrildi.
Ebru Gündeş ötən gün boşanma qərarını açıqladı. O, verdiyi bəyanatda "Böyük bir sevgi ilə, qısa müddətdə qurulan evliliyimizdə zamanla yaranan fikir ayrılıqları səbəbindən təəssüf ki, ayrılmaq qərarına gəldik" deyə bildirib.
Məhkəmə Prosesi Başa Çatdı
Cütlüyün 19 aylıq evliliyi dünən başa çatdı. Ebru Gündeş və Murat Özdemir dünən Bəyköz Ədliyyəsində rəsmi olaraq boşandılar. Beləliklə, Gündeş dördüncü evliliyini də sonlandırmış oldu.
Məhkəmə prosesində nə Ebru Gündeş, nə də Murat Özdemir iştirak edib. Hər iki tərəfi vəkilləri təmsil edib. Tərəflərin bir-birlərindən heç bir təzminat və ya aliment tələb etmədiyi məlum olub.
Ebru Gündeş daha əvvəl Hamdi Vardar (1991-1993), Ömər Durak (2002-2003) və Rza Zərrab (2010-2021) ilə evlənib boşanmışdı. Rza Zərrabla evliliyindən 14 yaşlı Alara adlı bir qızı var.
Murat Özdemir Haqqında İddialar
Qeyd edək ki, Murat Özdemirin 22 avqust tarixində "cinayətkar təşkilata üzv olmaq və dələduzluq" ittihamları ilə prokurorluğa ifadə verdiyi bildirilir.
Oxucu Şərhləri
Şərh Yaz