"Qalatasaray"dan "Ederson" Transferi Üçün Rəsmi Təşəbbüs
Fernando Musleranın ayrılmasından sonra qapıçı axtarışlarını davam etdirən
Qalatasaray klubu, Braziliyalı qapıçı
Edersonu heyətinə qatmaq üçün danışıqlara başlayıb. Məlumata görə, İstanbul nəhəngi futbolçuya şərtlərini təqdim edib və onun əmək haqqı tələbini qarşılaya biləcəyi təqdirdə, "Mançester Siti" ilə rəsmi əlaqələrə keçəcək. "Mançester Siti" ilə müqaviləsinin bitməsinə bir il qalan
Edersonun "Qalatasaray"a keçməyə müsbət yanaşdığı öyrənilib. Braziliya milli komandasının formasını 29 dəfə geyinmiş 30 yaşlı qapıçının cari bazar dəyəri 20 milyon avro təşkil edir.
"Ederson" Premyer Liqa Tarixində Rekord Qırdı
2017-ci ildən bəri "Mançester Siti"nin şərəfini qoruyan
Ederson, bu komandanın heyətində 372 oyuna çıxıb. O, etdiyi 7 məhsuldar ötürmə ilə İngiltərə
Premyer Liqası tarixində ən çox asist edən qapıçı kimi tarixə düşüb.
Edersonun ən yaxın izləyicisi, karyerasını 2017-ci ildə "Burnli"də başa vuran ingilis qapıçı Pol Robinson isə 5 asistlə yadda qalıb.
24 saat