Yeni Klip Gündəmi Sarsıdı
"Yalı Çapkını" serialında canlandırdığı "Orhan" obrazı ilə aktyorluq məharətini nümayiş etdirən
Emre Altuğ, son günlər yeni mahnısı üçün çəkdirdiyi klip ilə mətbuatın diqqət mərkəzinə çevrilib. Müğənni Mirkelam ilə birgə ifa etdiyi "Ən gerçəyi" adlı mahnının təqdimatında istifadə olunan
musiqi klipindəki bəzi detallar ciddi müzakirələrə səbəb olub.
Dondurma Detalı Tənqidlərə Səbəb Oldu
Yay mövzulu və rəngarəng görüntüləri ilə diqqət çəkən klipdə
aktyor Emre Altuğ və çəkiliş partnyoru eyni dondurmanı bölüşərkən lentə alınıblar. Bu səhnə klipin yayımlanmasından dərhal sonra sosial şəbəkələrdə geniş əks-səda doğurub. Bir çox istifadəçi tərəfindən "Uşaqlar da buna baxacaq", "Bir az utanın" kimi kəskin ifadələrlə şərh olunan bu görüntülər, ictimaiyyət arasında mübahisələrə yol açıb. Altuğun bu addımı bəziləri tərəfindən cəsarətli hesab edilsə də, əksər insan tərəfindən tərbiyəvi dəyərlərə zidd hesab edilib.
24 saat