Şou 03.07.2025

Emre Yusufi "Fənərbaxça" təqdimatında yeni sevgilisi ilə

Emre Yusufi "Fənərbaxça" təqdimatında yeni sevgilisi ilə

Aktrisanın Ayrılığı və Yeni Həyat

Tələbəlik illərində "Dəniz Ulduzu" (2009-2010) serialı ilə ilk aktyorluq təcrübəsini qazanan Nilperi Şahinkaya, beş il birlikdə olduğu heykəltəraş sevgilisi Emre Yusufidən ötən dekabr ayında ayrılıb.

Şahinkaya ayrılıq barədə verdiyi açıqlamada "Biz gözəl ayrılmağa qərar verdik. Tədricən, addım-addım uzaqlaşdıq... Yəni küsmədən, incimədən, qucaqlaşaraq vidalaşdıq... 'Bu şəkildə alınmır' deyərək hər iki tərəfin də qəbul etdiyi bir ayrılıq formasıdır" sözlərini söyləyib. Qeyd edək ki, aktrisa keçmiş sevgilisi ilə çəkdirdiyi fotoşəkilləri sosial şəbəkə hesabından hələ də silməyib və onu təqib etməkdən də çıxmayıb.

Yeni Münasibət və İdman Tədbiri

Emre Yusufi isə könlünü amerikalı model Sydney Hollowayə verib. Yusufi və Holloway ötən axşam "Fənərbaxça" İdman Klubunun 2025-2026-cı il mövsümü üçün futbol, basketbol, voleybol və bütün alt-yapı komandalarını əhatə edən forma təqdimat mərasimində birgə iştirak ediblər.

24 saat