Aktrisa dörd illik münasibətdən sonra 2023-cü ilin mayında iş adamı Mustafa Aksakallı ilə ailə qurdu.
Maçkadakı bir oteldə, ailə üzvləri arasında baş tutan nikahta Ezgi Molanın şahidliyini Enis Arıkan, Mustafa Aksakallının şahidliyini isə Sinan Engin edib. Cütlüyün bu evlilikdən Can adını verdikləri bir oğulları dünyaya gəlib.
Evliliklərini mediadan uzaq yaşamağa üstünlük verən Ezgi Mola və Mustafa Aksakallıdan ötən gün xoşagəlməz xəbər gəldi. Mola sosial media hesabında etdiyi açıqlama ilə 2 illik evliliyini bitirdiyini elan edib.
"İki illik evliliyimizi bitirmək qərarına gəldik. Bir-birimizə olan sevgimizin ən gözəl hədiyyəsi Can, onunla ən gözəl anları yaşaya bilmək üçün əlimizdən gələni edəcəyik. Prosesin davamında dostluğumuza zərər vermədən, incitmədən, kədərləndirmədən bir-birimizin yanında olacağıq. Bizdən eşitmədiyiniz heç bir şeyə inanmayın. Kimsə cəfəngiyat danışsa, bunu söyləməyə ehtiyac duyuruq. Bu məsələdə həssaslığınızı xahiş edirik. Sevgilərlə."
Evlilik Bitdi: Boşanma Qərarı Necə Verildi?
Bir müddətdir birlikdə görünməyən Ezgi Mola və Mustafa Aksakallı iyunun 21-də Sinan Enginin qızı Elif Enginin Çorumdakı toy mərasimində iştirak ediblər. Gecə boyu digər qonaqlarla söhbət edən cütlük xoşbəxt anlar yaşayıb.
Daha əvvəl heç vaxt ayrılıq xəbərləri ilə gündəmə gəlməyən cütlüyün qəfil boşanma qərarı "üç gündə nə dəyişdi?" kimi şərhlərə səbəb olub.
Enis Arıkandan Boşanma Şərhi
İllərdir bir-birindən ayrılmayan köhnə dostlar Ezgi Mola və Enis Arıkan, aktrisanın toyundan sonra əlaqələrini kəsmişdilər. Onların küsülülüyünün Mustafa Aksakallı ilə əlaqəli olduğu düşünülürdü.
Ötən axşam bir dəvətdə görüntülənən Enis Arıkan boşanma mövzusu ilə bağlı "İkisi üçün də xeyirlisi olsun. Onlar doğru qərarı veriblər. Mən heç nə deyə bilmərəm, yaxşı olsunlar" deyib.
"Ayıbdır Axı!"
Arıkan "Sizin aranızdakı bağlar yenidən gücləndimi? Onunla görüşürsünüzmü?" sualına isə "Xeyr, görüşmürük, amma danışmayaq. Artıq heç kim üzr gözləmir. Üzərindən çox keçib. Hər dəfə bunları danışmayaq, dostlar, ayıbdır axı! Hər şey olanda məni ona, onu mənə yığmayın, vallah ayıbdır! Dostluğumuza heyif. Onlar haqqında xeyirlisi olsun" cavabını verib.