Şou 27.08.2025

Esra Erolun bacısı Eda Erolun dəbdəbəli xına gecəsi

Esra Erolun bacısı Eda Erolun dəbdəbəli xına gecəsi

Eda Erolun Yeni Həyatı və Xoşbəxt Anları

Esra Erolun bacısı Eda Erol bir vaxtlar Əlişanla evlilik qərarı ilə ictimaiyyətin diqqət mərkəzində olmuşdu. Onların nişan mərasimi və Əlişanın Prezident Ərdoğana verdiyi evlilik sözü geniş müzakirələrə səbəb olmuşdu. Əlişan verdiyi açıqlamada "Sözümü tutdum. Son 15 gün qalmış Allah Eda Erolu qarşıma çıxardı. Bayramdan sonra qız istəməyə gedəcəyik. Cənab Prezidentin də mənə sözü var. Nikah şahidimiz olacaq" demişdi.

Lakin nişandan cəmi bir yarım ay sonra cütlük ayrılıq qərarı almışdı. Ayrılığın səbəbi kimi Eda Erolun keçmiş sevgilisi Oğan Şenyolcu ilə bağlı iddialar irəli sürülmüşdü. Bu hadisədən sonra Eda Erol uzun müddət ictimaiyyət qarşısında görünməmişdi.

Pilot Əkrem Karacayırlə Evlilik Hazırlıqları

Ötən aprel ayında Eda Erol sosial media hesabında evlilik təklifi aldığını elan etdi. Uzun illər sonra ürəyini pilot Əkrem Karacayıra verən Erol, bir neçə gün əvvəl möhtəşəm bir kına gecəsi təşkil etdi.

İnstagram səhifəsindən kına gecəsindən çəkilmiş fotoları paylaşan Eda Erol duyğularını bu sözlərlə ifadə etdi: "Bir gecədə qəhqəhə, sevgi, dostluq və eşq birləşdi… Yadigar paltarım da bu nağılın ən gözəl parçası oldu. Canım ailələrimizə və orada olan bütün sevdiklərimə, hər birinizə təşəkkür edirəm. Birlikdə olduğumuzda hər şey daha da gözəl olur, sizi çox amma çox sevirəm. Siz mənim bu səyahətdə ən böyük yol yoldaşımsınız."

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz