Gündəm 29.06.2025

Evə 20 ton TNT gücündə odlu zərbə

Evə 20 ton TNT gücündə odlu zərbə
Amerika Meteor Cəmiyyətinin saytına Corciya, Cənubi Karolina, Şimali Karolina və Tennessidən 140-dan çox atəş topu barədə məlumat daxil olub. Bu məlumatlarda cismin Venera kimi parlaq olduğu və həm gündüz, həm də axşam aydın göründüyü bildirilib.

Evə düşdü, damda deşik açdı

Euronews-in məlumatına görə, Corciya ştatının Henri qraflığında bir evə düşən göy cismi ciddi zərər törədib. Zərər görmüş evin görüntülərində damda və tavanda böyük bir deşik açıldığı, yerdə isə qaya materiallarının səpələndiyi müşahidə edilib.

Alış-veriş arabası böyüklüyündə meteorit

ABŞ Milli Okean və Atmosfer İdarəsi, bu hadisə ilə bağlı Şimali Karolina-Virciniya sərhəddinə yaxın ərazidən peyk görüntüləri yayıb. Bu görüntülər, gündüz vaxtı səmada hərəkət edən parlaq nöqtənin arxasında iz buraxdığını göstərir.

NASA-nın apardığı araşdırmalar göstərir ki, səmada sürətlə hərəkət edən bu göy daşı bir alış-veriş arabası ölçüsündə olub. NASA-nın Meteoroid Mühitləri Ofisindən alim Bill Kuk, cismin təxminən 20 ton TNT gücündə enerji buraxdığını açıqlayıb.

Kosmik agentlik həmçinin, yerə enən göy cisminin çox sayda hava radarı tərəfindən aşkar edildiyini bildirib. Mütəxəssislər, atəş topu hadisələrinin əsasən meteorların Yer atmosferə daxil olaraq alovlanması nəticəsində meydana gəldiyini və səmada aydın şəkildə izlənə bildiyini vurğulayıblar.

24 saat