Şou 25.06.2025

Ezgi Mola 2 illik evliliyinə son qoyur

Ezgi Mola 2 illik evliliyinə son qoyur

Tanınmış aktrisa Ezgi Mola və Mustafa Aksakallının iki illik evliliklərini sonlandırması iddia edilmişdi. Aktrisa iddiaları şəxsən özü təsdiqləyərək, sosial media hesabından həyat yoldaşı Aksakallı ilə boşanma qərarı aldıqlarını elan edib.

Mola paylaşımında bunları qeyd edib: “İki illik evliliyimizə boşanma qərarı verdik. Bir-birimizə olan sevgimizin ən gözəl hədiyyəsi olan Can üçün ən gözəl həyatı təmin etmək naminə əlimizdən gələni edəcəyik. Bu prosesdə dostluğumuza xələl gətirmədən, bir-birimizi incitmədən yanında olacağıq. Bizdən eşitmədiyiniz heç bir məlumata inanmayın. Bu mövzuda həssaslığınızı xahiş edirik. Sevgilərlə.”

2023-CÜ İLDƏ EVLƏNƏNLƏR

Təxminən dörd ildir sevgili olan Ezgi Mola və Mustafa Aksakallı 8 may 2023-cü ildə ailə həyatı qurmuşdular. Ezgi Molanın nikah şahidi Enis Arıkan, Mustafa Aksakallının şahidi isə Sinan Engin olub.

Cütlük evləndikdən qısa müddət sonra Can adlı oğulları dünyaya gəlib.

Cütlük üç gün əvvəl Sinan Enginin qızı Elif Engin və Əhməd Emin Ahlatcının Çorumda keçirilən toy mərasimində iştirak edib.

24 saat