Gündəm 01.07.2025

Fələstin yardımı ilə lüks avtomobil alan fenomen məhkəməlik oldu

Fələstin yardımı ilə lüks avtomobil alan fenomen məhkəməlik oldu
Almaniyanın Düsseldorf şəhərində yaşayan və sosial mediada Abdelhamid adı ilə tanınan 34 yaşlı Dehran A. Fələstinlilərə kömək adı altında topladığı 500 min avro vəsaitlə lüks Mercedes, BMW avtomobilləri, Rolex saatları və bahalı çantalar aldığı üçün məhkəməyə verilib. O, Instagram və TikTok kimi platformalarda təşkil etdiyi ianə kampaniyası vasitəsilə 500 min avro toplayıb. Hətta onun göstəriş xatirinə həcc ziyarətinə getdiyi də müəyyən edilib.

Yüzminlərlə Təqibçisi Olan Abdelhamid

Yüzminlərlə təqibçisi olan Abdelhamidin həm də sələfi təriqətinə yaxın olduğu açıqlanıb. Düsseldorf polisi, 2021-2024-cü illər ərzində törədilən dələduzluq halları ilə yanaşı, onun dövlətdən haqsız yerə sosial yardım alması faktını da aşkarlayıb. Abdelhamidin evində aparılan axtarış zamanı lüks AMG Mercedes, BMW avtomobilləri, Rolex saatları və bahalı çantalarına əl qoyulub. İnsanların dini hisslərini istismar edərək dəbdəbəli həyat sürən Abdelhamidin birlikdə yaşadığı makedoniyalı həyat yoldaşı Gültən İ. (33) barəsində də üç il həbs cəzası tələb edilir.

Təqsirini Etiraf Etdi

Abdelhamid məhkəmədə daha yüngül cəza almaq üçün bütün təqsirini etiraf edib. O, dini inanc hisslərindən istifadə edərək topladığı pulları necə lüks əşyalara yatırdığını danışıb və bunu təkbaşına etdiyini bildirib. Həcc ziyarətinə gedərək orada pozlar verən Abdelhamidin lüks əmlakına əl qoyulub və onlar dövlətin mülkiyyətinə keçəcək. Abdelhamid haqqında məhkəmə işi davam edir və onun həm də sosial yardım dələduzluqlarına görə ayrıca mühakimə olunacağı qeyd edilir. Fenomenin həyat yoldaşı da polisə yardım etdiyi üçün üç il şərti cəza alacaq.

24 saat