Fənərbaxça Ederson ilə müqavilə imzaladı
Türkiyənin "Fənərbaxça" klubu braziliyalı qolkiper Ederson Santana de Moraesin transferi üçün İngiltərənin "Manchester Siti" komandası ilə razılığa gəlib.
Təcrübəli qolkiper "Fənərbaxça" ilə 3+1 illik müqavilə imzalayıb.
"Ederson üçün təklif olunan layihə çox təsirli idi"
"Çobani" stadionunda baş tutan imza mərasimində Ederson bunları deyib: "Çox xoşbəxt olduğumu bildirmək istəyirəm. Bu, mənim üçün yeni və vacib bir çağırış olacaq. Klubum və özüm üçün gözəl şeylər yaşayacağımıza inanıram. Burada olduğum hər anın dadını çıxaracağam. Həqiqətən, burada olduğum üçün çox şadam. Məqsədim çempionluqlar qazanıb, komandama töhfə vermək olacaq. Danışıqlar mənim üçün inanılmaz idi. Həm danışıqlar, həm də mənə təklif olunan layihə çox təsirli idi. Burada çox vacib, çox böyük oyunçular var. Eyni zamanda uzun zamandır tanıdığım dostlarım var. Həm onlarla görüşmək, həm də birlikdə meydanda mübarizə aparmaq üçün səbirsizlənirəm. Birlikdə çox çalışıb bu klubu zirvəyə çatdıracağıq. Azarkeşlərimizə mesajım, həmişə bizimlə olsunlar, bizə hər zaman dəstək olsunlar. Onların dəstəyi ilə yaxşı bir mövsüm keçirəcəyimizə inanıram. Mən də komanda yoldaşlarım ilə birlikdə çox çalışıb onların dəstəyinə ən yaxşı şəkildə cavab verəcəyəm və klubumuzu çempionluğa daşıyacağıq".
"Ederson dünyadakı ən yaxşı 5 qolkiperdən biridir"
Klubun idman direktoru Devin Özek bunları qeyd edib: "Çox xoşbəxtik. Ederson mənim üçün dünyada ən yaxşı 5 qolkiperdən biridir. Bütün dünyada gündəm olan bir transferdir. İnşallah, birlikdə uğurlu olacağıq".
Ederson-a "Ailəmizə xoş gəldin" deyirik; "Fənərbaxça" ilə sarı-lacivərdli nice zəfərlər və çempionluqlar arzulayırıq.
Oxucu Şərhləri
Şərh Yaz