Fenerbahçədə transfer fəallığı artır
Türkiyənin nəhəng futbol klubu ard-arda səs-küylü keçidlər reallaşdırmaqla diqqət mərkəzindədir. Bu həftə Con Duranla başlayan yeni oyunçu cəlb etmə prosesi, növbəti hədəf olaraq Slovakiyalı mərkəz müdafiəçisi Milan Skriniarın adının gündəmə gəlməsi ilə daha da sürət alıb. Klub rəhbərliyi yeni mövsüm üçün heyəti gücləndirmək məqsədilə fəaliyyətini davam etdirir, azarkeşlərin gözləntiləri böyükdür.
Həlledici mərhələdəki danışıqlar
Paris Sen-Jermen (PSJ) ilə təcrübəli müdafiəçinin keçid haqqı ilə bağlı gərgin danışıqlar aparılıb. Fransız klubu əvvəlcə 20 milyon avro tələb etsə də, ciddi sövdələşmələr nəticəsində bu məbləği 12 milyon avroya endirib. Lakin İstanbul təmsilçisi bununla kifayətlənməyərək oyunçunun tam hüquqlarını 10 milyon avroya əldə etməyə çalışır.
Fenerbahçenin prezidenti Ali Koç da bu vacib keçid üçün şəxsən danışıqlara qoşulub və PSJ prezidenti Nasser Əl-Xəlaifi ilə görüşlər keçirib. Sarı-göylər Paris klubu ilə keçid haqqı barədə razılığa gəldikdən sonra bu həftə Slovakiyalı ulduzla üç illik müqavilə imzalayacaq. O, sözügedən sənədləşmə işləri tamamlandıqdan sonra komandanın düşərgəsinə qoşulacaq.