Aktyorluq fəaliyyəti ilə yanaşı, sosial media paylaşımları ilə də həmişə diqqət mərkəzində olan Farah Zeynep Abdullah "Cosmopolitan Türkiyə" jurnalının yeni sayına qonaq olub. Aktrisa verdiyi müsahibədə şəxsi həyatı ilə bağlı diqqətçəkən açıqlamalar verib və atasının ona "sperm bankı" təklif etdiyini bildirib.
Uşaq sahibi Olmaq Arzusu
Aktrisa 20 yaşından bəri övlad istədiyini vurğulayıb və gələcək övladları üçün videolar çəkdiyini qeyd edib. O, məsələnin yalnız övladın olması deyil, valideyn fiqurunun da vacibliyini bildirib.
Atasından Qeyri-adi Təklif
Abdullah atasının övlad məsələsində "Qızım, evlənmək məcburiyyətində deyilsən" dediyini, hətta bu mövzuda özündən daha kəskin fikir söylədiyini deyib. Ünlü aktrisa atasının evlənmək əvəzinə, "Əgər övladın olmasını istəyirsənsə, sperm bankından da övladın ola bilər. Necə istəyirsənsə, elə et" sözlərini çatdırıb.
Ata Axtarışı Davam Edəcək
Övlad sahibi olma mövzusunda hər şeyə razı olduğunu ifadə edən Abdullah, bir neçə il də ata axtarışını davam etdirəcəyini əlavə edib. Aktrisa, eyni zamanda, daxili səsində "Hələ də tək olmalıyam" düşüncəsinin olduğunu da qeyd edib.