Dubravkanın səhvi kornerlə nəticələndi
İngiltərə Premyer Liqasının açılış turunda "Tottenhem" və "Börnli" komandaları üz-üzə gəlib. "Tottenhem Hotspur" stadionunda baş tutan qarşılaşmanın 4-cü dəqiqəsində "Börnli"nin qapıçısı Dubravka topu əlində 8 saniyədən artıq saxlayıb. Futbol qaydaları üzrə beynəlxalq şuranın (IFAB) açıqladığı yeni qaydaya əsasən, qapıçılar topu əlində 8 saniyədən artıq saxladıqda rəqib komanda korner zərbəsi qazanır. Dubravkanın bu səhvi ilə yeni qayda Premyer Liqada ilk dəfə tətbiq edildi və "Tottenhem" korner vuruşu hüququ əldə etdi.
Yeni qayda nə deyir?
IFAB-ın rəsmi saytında yayımlanan məlumata görə, bundan sonra qapıçı topu əlində maksimum 8 saniyə saxlaya bilər. Əgər qapıçı topu 8 saniyədən çox saxlayarsa, rəqib komanda korner zərbəsi qazanacaq. Əvvəlki qaydada rəqib komandaya dolayı cərimə zərbəsi verilməzdən əvvəl qapıçının topu buraxması üçün 6 saniyəsi var idi, lakin bu qayda hakimlər tərəfindən nadir hallarda tətbiq edilirdi.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz