Labubu Bəbəklərinin Yüksəlişi: Rəssam Qələmindən Qlobal Brendə
Honkonqlu rəssam Kasing Lunqun qələmindən çıxan məsum bir illüstrasiya ilə yaranan Labubu fiqurları, Skandinaviya nağıllarından ilham alaraq "Canavarlar" adlı kitab seriyasının bir hissəsi idi. Lakin onu milyonlarla dollarlıq bir brendə çevirən şəxs çinli sahibkar Van Ninq oldu.
"Kor Qutu" Konsepsiyası: Milyonların Sevgisini Qazanan Fikir
Pop Martın bazara təqdim etdiyi pelüş fiqur və heykəlcik seriyası, qısa müddətdə Asiyadan Avropaya və ABŞ-a qədər yayılan böyük marağa səbəb oldu. Bu bəbəklərin bu qədər populyarlaşmasının arxasında duran əsas ideyalardan biri də 'kor qutu' konsepsiyasıdır. Alıcılar hansı fiquru əldə etdiklərini bilmədən alış-veriş edir, bu da istədikləri seriyaya tamamlamaq üçün onlarla, bəzən isə yüzlərlə oyuncaq almağa səbəb olur. Bu proses, nəticədə kolleksiyaçılıq həvəsinə çevrilir.
Bir İldə Sərvətini Dördqat Artıran Sahibkar
Forbesin Real Zamanlı Milyarderlər Siyahısına görə, 38 yaşlı Van Ninqin sərvəti cəmi bir il ərzində 7.59 milyard dollardan 22.1 milyard dollara yüksəlib. Bu təsiredici artım, Van Nini təkcə Çinin ən zəngin 10 şəxsindən biri etməklə qalmayıb, həm də ölkəsinin ən gənc milyarderi titulunu qazandırıb.
Oyuncaqdan Mədəni Simvola
Keçən aylarda Pekində keçirilən hərracda insan ölçülü bir Labubu fiqurunun təxminən 150 min dollara satılması, personajın sadəcə bir oyuncaqdan daha çox, kolleksiya dəyəri olan mədəni bir obyektə çevrildiyinin bariz sübutu oldu.
Dünya Şöhrətli İsimlər də Onun Dalınca
Fiqurun populyarlığı təkcə öz dizaynı ilə məhdudlaşmayıb. Personajın dünya miqyasında şöhrət qazanmasında K-Pop qrupu Blackpink-dən Lizanın sosial mediada əlində Labubu ilə görünməsi mühüm rol oynayıb. Ardınca Kim Kardaşyan, Rihanna, Dua Lipa kimi qlobal ulduzlar da bu trendə qoşularaq onunla pozalar veriblər.
Bu gün Labubu sadəcə bir oyuncaq deyil; o, gənclər, kolleksiyaçılar və məşhurlar üçün bir status simvoluna çevrilib.