İdman 13.07.2025

Göztepedən qapıçı transferi

Göztepedən qapıçı transferi

Göztepe Transferdə Sürət Alır: Qapıçı Mövqeyi Gücləndirilir

Süper Liqada yeni mövsümə hazırlıqlarını Sloveniyadakı məşq düşərgəsində davam etdirən Göztepe, heyətə qapıçı cəlb etmək istiqamətində fəallaşıb. İndiyədək sağ cinah müdafiəçisi Arda Okan, mərkəz müdafiəçisi Qodoi, yarımmüdafiəçi Radli və hücumçular Canderson ilə Sabranı sıralarına qatan sarı-qırmızılılar, gənc qapıçılar Doğan Alemdar və Cankat Yılmazı transfer siyahısına daxil edib.

Doğan Alemdar və Cankat Yılmaz Hədəfdə

Klubun öz akademiyasının yetirməsi olan Arda Özçimenin I Liqa təmsilçisi Bandırmaspora icarəyə verilməsindən sonra Göztepenin Fransanın “Renn” komandasında çıxış edən Doğan Alemdar üçün ciddi iş apardığı bildirilir. Kayserispor akademiyasında yetişərək peşəkar futbolçuya çevrilən 22 yaşlı Doğan, 2021-2022 mövsümündə “Renn”ə transfer olunub. Burada əsasən ehtiyatda qalan Doğan, 2023-2024-cü illərdə digər Fransa klubu “Trua”da icarə əsasında oynayıb. Ötən mövsüm isə o, “Renn”in ikinci komandasında cəmi 3 oyuna çıxıb. Doğan Alemdar iki dəfə də Türkiyə milli komandasının formasını geyinib. “Qalatasaray”ın 20 yaşlı qapıçısı Cankat Yılmaz isə ötən mövsüm Adanaspor klubunda icarə əsasında çıxış edib. Sloveniya kampında olan Göztepenin hazırkı heyətində təcrübəli qapıçı kimi Lis, eləcə də ötən mövsüm kluba geri qayıdıb Esenler Erokspora icarəyə verilən Əkrəm Qılıncarslan yer alır.

24 saat