Guardiola karyerasına fasilə verəcək
GQ jurnalının İspaniya nəşrinə müsahibəsində Guardiola bu qərarını açıqlayıb: "Manchester City-dən ayrıldıqdan sonra karyerama fasilə verəcəyəm. Bu, qətiliklə belədir, mən artıq qərarımı vermişəm. Nə qədər müddət davam edəcəyini bilmirəm. Bir, iki, üç, beş, on və ya on beş il... Əmin deyiləm. Ancaq Manchester City dövründən sonra mütləq fasilə verəcəyəm, çünki dayanmalı və özümə, bədənimə diqqət yetirməliyəm."
"Uğursuzluğumu gözləyənlər var"
Manchester City-nin ötən mövsüm çempionluqdan uzaq qalmasından sonra ünvanına səslənən tənqidlərə cavab verən təcrübəli mütəxəssis, "Uğursuz olmağımı gözləyənlər var? Bəli, əlbəttə var. Onların bunu gözləməsi məni sevindirir. Bu, mənə enerji verir. Altı dəfə Premyer Liqa çempionu olanda, bir nöqtədə eniş yaşayırsan. Bu, insanın təbiətində var" deyə bildirib.
Messi və Yamal müqayisəsi
Guardiola, "Barcelona"nın gənc futbolçusu Lamine Yamal ilə Kataloniya klubunun keçmiş ulduzu argentinalı Lionel Messini də müqayisə edib: "Düşünürəm ki, Lamine Yamalın karyerasını davam etdirməsinə icazə verilməlidir. 15 il oynadıqdan sonra, daha yaxşı və ya daha pis olduğuna qərar verəcəyik. Onu Messi ilə müqayisə etmələri böyük bir hadisədir. Bu, rəssamı Van Qoq ilə müqayisə etmək kimi bir şeydir."
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz