Dünya 14.08.2025

Həmasdan Qəzza üçün bütün dünyaya etiraz çağırışı

Həmasdan Qəzza üçün bütün dünyaya etiraz çağırışı

Hamas Qəzza Zolağındakı Aclıq Böhranına Diqqət Çəkir

Hamas təşkilatı, Qəzza zolağında yaşanan dərin aclıq böhranına diqqət çəkmək məqsədilə dünya ictimaiyyətinə genişmiqyaslı etiraz aksiyaları keçirməyə çağırış edib. Təşkilatın yaydığı bəyanatda qeyd olunub ki, "İslam Ümmətinə və dünyadakı bütün azad insanlara səslənirik: Qəzza zolağında mühasirə altında olan 2 milyondan artıq insanı hədəf alan sionist təcavüzə, soyqırımına və aclıq siyasətinə qarşı həmrəyliyi və kütləvi aksiyaları davam etdirməyə çağırırıq."

Hamas 15, 16 və 17 Avqust tarixlərini işğala və onu dəstəkləyənlərə qarşı qlobal miqyasda etirazlara həsr etməyə çağıraraq bildirib: "Hücumlar dayandırılnana, sərhəd qapıları açılana və insani yardımlar dərhal çatdırılana qədər bu aksiyaları davam etdirəcəyik." Təşkilat, İsrail hücumlarında həlak olan jurnalistlərə dəstək olmaq üçün geniş iştiraklı həmrəylik aksiyalarının təşkilini tələb edib və "İşğalçı rejimin fələstinli jurnalistlərə qarşı törətdiyi cinayətləri qınayırıq" deyib.

Beynəlxalq Səssizliyə Qarşı Çağırışlar

“Hərbi cinayətkar Netanyahu və onun faşist dəstəsinin müdafiəsiz dinc əhaliyə qarşı mühasirə, bombardman və aclıq siyasətində israr etməsi qarşısında çağırışımızı təkrarlayırıq” ifadələrini işlədən Hamas, qeyd olunan günlərdə bütün şəhərlərdə, paytaxtlarda və ictimai meydanlarda kütləvi aksiyaların artırılmasını, sionist təcavüzünün və ABŞ-ın bu təcavüzə dəstəyinin pislənməsini, beynəlxalq səssizliyin rədd edilməsini tələb edib. Təşkilat, sionist və Amerika səfirlikləri qarşısında, həmçinin işğalı dəstəkləyən bütün ölkələrin səfirlikləri önündə etiraz aksiyaları keçirərək soyqırım və aclıq cinayətlərinin ifşa edilməsini və xalqımızın haqlarına sahib çıxılmasını istəyib.

Hamas beynəlxalq ictimaiyyətə bütün təzyiq vasitələrini işə salaraq sərhəd qapılarının dərhal açılmasını və dərman, su, ərzaq və bütün yardımların Qəzza zolağına çatdırılmasına icazə verilməsini təmin etməyə çağırıb.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz