İran-İsrail atəşkəsindən sonra Ali Dini Lider Ayətullah Hamaney ilk dəfə ictimaiyyətə müraciət edib. Onun açıqlamalarından əsas məqamlar aşağıdakı kimidir:
ABŞ-a Ağır Zərbə Endirdik
ABŞ sionist rejimin tamamilə məhv olacağını düşündüyü üçün birbaşa müharibəyə qatıldı. Lakin bu müharibədən heç bir qazanc əldə edə bilmədi. Bu cəbhədə də İslam Respublikası qalib gəldi və Amerikaya sarsıdıcı bir zərbə endirdi.
İranın Qətiyyətli Cavabı
Sionist rejim bilməlidir ki, İrana hücum etmək onlara baha başa gəlir. Onlar ağır bədəllər ödəyirlər və bu həqiqəti hər kəs anladı. Bu, silahlı qüvvələrimizin və xalqımızın fəxri olmalıdır.
Nüvə Obyektləri və Hədəflər
Nüvə obyektlərimiz iddia edildiyi kimi hücumlardan zərər görmədi, hədəfə alsalar da, bizi məhv edə bilmədilər. Onlar məqsədlərinə çatmadılar və gerçəkləri gizlətmək üçün vəziyyəti şişirdirlər. ABŞ-ın regiondakı ən mühüm bazalarından biri olan Əl-Ubeydə hücum etdik. Hər kəs cavab tədbirlərimizi kiçildərək, heç nə olmadığını iddia etdi. Lakin çox böyük bir hadisə baş verdi.
ABŞ-ın Yeganə Məqsədi: Təslimiyyət
ABŞ prezidenti Donald Tramp açıqlamalarından birində "İran təslim olmalıdır" demişdi. Ali iradəyə malik bir ölkəyə təslim olmaq yaraşmaz. Trampın bu açıqlaması bir həqiqəti ortaya qoydu: ABŞ inqilabın başlanğıcından bəri İranı ələ keçirməyə çalışır. Onların həmişə bir bəhanəsi var. Yeganə hədəfləri bizi təslim etməkdir. Keçmiş prezidentlər də bunu gizlicə söyləsələr də, Tramp bu sirri açıqladı. Biz əsla təslim olmayacağıq.