İdman 02.08.2025

Heung Min Son ayrılma qərarı aldı, yeni klubu bəlli oldu

Heung Min Son ayrılma qərarı aldı, yeni klubu bəlli oldu

Heun Min Son "Tottenhem"dən ayrılır

Transfer mövsümünün əvvəlində adı tez-tez "Fənərbaxça" ilə hallanan Cənubi Koreyalı futbolçu Heun Min Son, "Tottenhem"dən ayrılmaq qərarına gəlib.

10 il sonra İngiltərə Premyer Liqa təmsilçisi ilə yollarını ayıracaq Sonun yeni klubu da müəyyənləşir.

MLS yolçusu

Cənubi Koreyada "Nyukasl Yunayted" ilə oynanılacaq hazırlıq matçı öncəsi mətbuat konfransında kluba vida edəcəyini açıqlayan ulduz futbolçu "Şimali Londona gəldiyimdə 23 yaşında ingilis dilində belə danışa bilməyən gənc bir uşaq idim. Bu klubdan yetkin bir insan olaraq ayrılmaq mənim üçün həqiqətən çox qürurverici bir andır. Bu, həyatımda verdiyim ən çətin qərarlardan biri idi" ifadələrini işlədib.

Heun Min Son, MLS klubu "Los Anceles FK"ya transfer olmağa çox yaxındır. "Tottenhem" karyerasında 454 matçda iştirak edən Cənubi Koreyalı futbolçu, 173 qol və 101 asistə imza atıb.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz