İdman 15.07.2025

İddia: İlkay Gündoğan Qalatasarayda

İddia: İlkay Gündoğan Qalatasarayda

İlkay Gündoğan "Galatasaray" yolunda: Razılıq Əldə Edildi

Transfer bazarına fəal şəkildə daxil olan Galatasaray heyətini ulduzlarla gücləndirmək niyyətindədir. Komanda uzun müddətdir gündəmdə olan almaniyalı yarımmüdafiəçi İlkay Gündoğanın transferini yekunlaşdırmaq üzrədir. Məlumatlara görə, "sarı-qırmızılılar" "Mançester Siti"nin təcrübəli futbolçusu ilə fərdi şərtlərdə razılığa gəliblər. Futbolçunun özü də İstanbul təmsilçisində çıxış etmək arzusunu klub rəhbərliyinə bildirib.

"Mançester Siti"dən sərbəst ayrılıq və böyük məvacib

Transferin detallarına gəlincə, İlkay Gündoğanın "Mançester Siti" ilə müqaviləsinə xitam verərək sərbəst agent statusu ilə "Galatasaray"a keçəcəyi gözlənilir. Bu, "Cim Bom"un transferdə bonservis haqqı ödəməyəcəyi deməkdir. Bildirilir ki, 34 yaşlı ulduz futbolçu İstanbul nəhəngində illik 5-6 milyon avro civarında məvacib alacaq. Bu transferin yaxın günlərdə rəsmi şəkildə açıqlanacağı gözlənilir.

24 saat