Ebru Gündeşin Evliliyi Haqqında Şayiələrə Cavab
Tanınmış müğənni Ebru Gündeş (49) 2024-cü ilin fevralında özündən 12 yaş kiçik Murat Osman Özdemir ilə Dubayda ailə həyatı qurmuşdu. Nikah mərasimini Türkiyənin Dubaydakı Baş Konsulu Onur Şaylan həyata keçirmişdi. Son həftələrdə bu evliliyin "bitdiyi" barədə şayiələr yayılsada, bu iddiaları təkzib edən görüntülər Bodrumdan əldə olunub.
Bodrumda Xoşbəxt Ailə Tablosu
Müğənni həyat yoldaşı və üçüncü evliliyindən, Rza Zərrabdan olan 14 yaşlı qızı Alara ilə birlikdə Yalıkavak Marinada obyektivlərə tuş gəlib. Bu görüntülər cütlüyün evliliyində hər hansı bir problemin olmadığını aşkar şəkildə nümayiş etdirir.
Gecəyarısı Alış-veriş Turu
Müğənni ailəsi ilə birlikdə Yalıkavak Marinada gecə yarısı bir zərgərlik və eynək mağazasını xüsusi olaraq açdıraraq alış-veriş edib. Onlar mağazada 2,5 saat vaxt keçiriblər. Alış-veriş səfəri səhər saat 03:00-ə qədər davam edərək maraqlı anlarla yadda qalıb.