İdman 07.07.2025

İlkay Gündoğan Türkiyəyə gəlir: Rəsmi Açıqlama Gözlənilir

İlkay Gündoğan Türkiyəyə gəlir: Rəsmi Açıqlama Gözlənilir
Türk əsilli alman futbolçu İlkay Gündoğanın adı Galatasarayla hallanır. Onun həyat yoldaşı Sara Gündoğan sosial şəbəkədə etdiyi paylaşımda ailəsinin təyyarədə çəkilmiş fotosunu və "Türkiyəyə" ifadəsini yerləşdirib. Bu paylaşım böyük maraq doğurub.

Transferdə Yeni Gəlişmələr

Transfer mövsümünün əvvəlində tərəflər arasında danışıqlar başlarkən, “Manchester City”nin təcrübəli futbolçusu İngiltərədə qalmağa daha çox meyilli idi. Lakin Pep Qvardiolanın heyətlə bağlı məhdudiyyət açıqlamalarından sonra o, Galatasaray ehtimalını yenidən dəyərləndirərək Türkiyəyə "yaşıl işıq" yandırıb.

İstanbul klubu ilə razılığa gəldiyi halda, Gündoğanın “Manchester City”dən bonservisini almağa hazır olduğu bildirilir. Həmçinin, iyun ayının əvvəlində 10 milyon avro olaraq müəyyən etdiyi əməkhaqqı tələbini 5.5 milyon avro səviyyəsinə endirdiyi qeyd olunur.

24 saat