İdman 29.06.2025

İngilis klubu Sergen Yalçının ardınca

İngilis klubu Sergen Yalçının ardınca

Sergen Yalçının İngiltərəyə transferi gündəmdə

Türkiyə futbolunun məşhur simalarından Sergen Yalçın məşqçilik karyerasında yeni bir səhifə aça bilər. Hazırda heç bir komandanın sükanı arxasında olmayan və televiziya şərhçisi kimi çıxış edən Yalçın üçün İngiltərədən maraqlı bir təklif gəlib.

Queens Park Rangers Marti Sifuenteslə yollarını ayırır

İngiltərə Çempionşip liqasının klublarından QPR Sergen Yalçını baş məşqçi postuna gətirməyi planlaşdırır. İngilis mətbuatının xəbərlərinə görə, ötən mövsümü 15-ci sırada bitirən və indiki çalışdırıcısı Marti Sifuenteslə yollarını ayırmağa hazırlaşan klub, yeni dövrü Sergen Yalçına etibar etmək niyyətindədir.

Klubun mövsüm göstəriciləri

“Queens Park Rangers” 2024-2025 mövsümünü İngiltərə Çempionşipində 46 oyun keçirib, 14 qələbə, 14 heç-heçə və 18 məğlubiyyətlə başa vurmuşdu.

24 saat