Son Hərbi Əməliyyatlar
Keçən həftə sonu ABŞ, İranın üç böyük nüvə proqramı obyektinə B-2 bombardmançı təyyarələri ilə hücum etdi və bu hücumun "tarixin ən uğurlu hücumu" olduğunu iddia etdi. Ardınca İran, Yüksək Milli Təhlükəsizlik Şurasını təcili yığışdırdı. İranın dini lideri Ayətullah Əli Xameneyi hücuma cavab verilməsi əmrini verdi, lakin bunun "təmkinli" olması təlimatını da əlavə etdi.
İran İnqilab Keşikçiləri, cavab olaraq Qatardakı Əl-Udeyd
hədəfə aldı. Bu baza, həm bölgədəki ən böyük Amerika bazası olması ilə, həm də İrana yaxın bir ölkə olan Qatarda yerləşməsi ilə strateji bir seçim idi. İran, hücumdan saatlar əvvəl müxtəlif kanallar vasitəsilə mesajlar göndərdi. Qətər hava məkanını bağladı, Amerika qüvvələri xəbərdar edildi. Nəticə: insan itkisi yoxdur, minimal ziyan dəyib. Yəni Tehran, həm hərbi bir cavab vermiş oldu, həm də münaqişəni daha da gərginləşdirməməyi seçdi.ABŞ prezidenti Trampdan Təəccüblü Bəyanat
İran dövlət televiziyaları, raketlərin görüntüləri ilə birlikdə qələbə mahnıları yayımladı. Hərbi sözçülər, "qaçış dövrü bitdi" bəyanatları verdi. Lakin mütəxəssislərə görə, pərdə arxasında, Tehran rəhbərliyi hücumun ABŞ prezidenti Donald Trampı sakitləşdirməsini və yeni bir qisasın qarşısının alınmasını ümid edirdi.
ABŞ prezidenti Donald Tramp, hücum sonrası verdiyi açıqlamada 13 raketin dayandırıldığını, hər hansı bir Amerika əsgərinin zərər görmədiyini bildirdi. Üstəlik, İrana "əvvəlcədən xəbər verdikləri" üçün təşəkkür edərək "Can itkisi olmadı, heç kim yaralanmadı. İran hisslərini ifadə etdi. Ümid edirəm, bundan sonra nifrət olmaz" dedi.
Ardından ABŞ prezidenti Tramp, İran və İsrail arasında atəşkəsin "çox tezliklə" təmin ediləcəyini söylədi. Lakin çərşənbə axşamı səhər, bu optimizm yerini yenidən qeyri-müəyyənliyə buraxdı. ABŞ prezidenti Tramp bu dəfə iki ölkəyə də sərt xəbərdarlıqlar etdi.
Hər Kəs Qazandığını Deyir
ABŞ, İran, İsrail… Hər kəs öz xalqına bir "qələbə" hekayəsi danışır. Fəqət mütəxəssislərə görə, müharibənin qalibi yoxdur, amma bölgədəki iqtisadi, siyasi və sosial şərtlər artıq əvvəlki kimi deyil. Bölgədəki Orta Şərq gərginliyi fərqli bir mərhələyə keçib.
NYT-yə danışan Beynəlxalq Böhran Qrupu rəsmiləri vəziyyəti "ABŞ, İranın nüvə proqramı gücünü gerilətdiyini, İsrail regional rəqibini zəiflətdiyini, İran isə supergüclərə qarşı dayandığını deyə bilər, lakin bu müharibədə qalib yoxdur. Tərəflərə geri dönüşü çətin ziyanlar dəyib. Maddi və mənəvi itkilərlə yanaşı, etibar itkisi də yaşandı" ifadəsi ilə ümumiləşdirdi.
Nələr Olmuşdu?
ABŞ prezidenti Donald Tramp, İsrail və İran arasında 12 gün davam edən hücumlardan sonra atəşkəsin qüvvəyə mindiyini elan etmiş, İsrail bunu qəbul etdiyini açıqlamışdı. İsrail, səhər 10.00 radələrində raket atıldığını, İranın atəşkəsi pozduğunu iddia etmişdi.
Bunun üzərinə İsraildən, İrana sərt cavab veriləcəyi təhdidləri yüksəlmişdi. İsrail mətbuatı, daha sonra İsrail ordusunun Tehranda bir radar stansiyasını hədəf aldıqdan sonra hərbi təyyarələrinin bölgədən ayrıldığını yazmışdı.
ABŞ prezidenti Tramp, İran və İsrailin təmin edilmiş atəşkəsi pozduğunu və bu vəziyyətdən məmnun olmadığını demişdi. Atəşkəsdən sonra İsrailin "heç görünməmiş şəkildə" hücum etdiyini bildirən Tramp, "Onlardan məmnun deyiləm. İrandan da məmnun deyiləm, lakin İsrailin bu səhər etdiklərindən qətiyyən xoşlanmadım" ifadələrini işlətmişdi.