Dünya 03.08.2025

İran: İsrail pilotlarının profilləri aşkarlandı, təhlükədədirlər

İran: İsrail pilotlarının profilləri aşkarlandı, təhlükədədirlər

İran dövlət kanalları və xəbər agentlikləri bu ölkənin kəşfiyyat operatorlarının İsrail ordusu personalına aid tam şəxsi profilləri, o cümlədən onların yaşadıqları yerlər və xidmət etdikləri operativ bölmələr daxil olmaqla, məlumatları əldə etdiyini iddia ediblər.

Fars Xəbər Agentliyi, Mehr Xəbər Agentliyi və Press TV bildirib ki, kəşfiyyat nümayəndələri hərbi personalın gizli saxlanılan bütün şəxsi məlumatlarını aşkara çıxarıblar. Bu məlumatlara yaşayış ünvanları, bağlı olduqları operativ hissələr kimi həssas detallar daxildir. Xəbərlərə görə, bu informasiyalar Tel-Əvivin şəxsi kimliklərini gizlətmək üçün göstərdiyi ciddi səylərə baxmayaraq əldə edilib. Qeyd edək ki, yerli media televiziya yayımlarında təhlükəsizlik işçilərinin üzlərini müntəzəm olaraq bulanıqlaşdırır.

Artıq Təhlükəsiz Deyillər

Fars Xəbər Agentliyinin məlumatına əsasən, Tehranın bu cür həssas məlumatlara malik olduğunu elan etməsi yalnız “bir nümunə”dir və “bu tipli məxfi məlumatların yayılması davam edəcək”.

Məlumatlara görə, şəxsiyyəti aşkar edilən pilotlardan ikisi "Yarasa Filosu" olaraq tanınan 119-cu Filo komandirinin müavini mayor Y.A. və onun həyat yoldaşı B.P. Aşdır. Həmçinin, onlardan biri 1973-cü ildə İsrail ilə Ərəb ölkələri koalisiyası arasındakı Yom Kippur müharibəsi zamanı itkin düşmüş pilot mayor S.A.-nın nəvəsi kimi də təqdim edilib.

Bir kanal, pilotun daha əvvəlki televiziya müsahibəsində "İsrailli hərbçilərə yenidən təhlükəsizlik təmin etmək istədiyini" söylədiyini xatırladaraq, "Artıq özü təhlükəsiz deyil" şərhini verib. Kanal həmçinin, personal məlumatlarının ifşasının "onlar üçün bütün dünyanı təhlükəli etdiyini" bildirib.

Kəşfiyyat İddiaları və Strateji Üstünlük

Tehran rejiminin İsrail personalının "dəqiq mövqelərini göstərən peyk görüntülərinə" belə malik olduğu iddia edilir.

Xəbərdə, bu kəşfiyyat məlumatlarının "Tehranın gələcəkdə bir cavab tədbiri görməsi halında İran üçün strateji üstünlük verdiyi" də vurğulanıb. Həmçinin, bəzi İsrail Hərbi Hava Qüvvələri personalının 12 günlük müharibə zamanı yaşadıqları evlərin hədəf alındığı iddia edilib. Bir nəşr, Yavne şəhərində bir personalın evinin bu dövlət tərəfindən təşkil edilən "cavab" hücumu ilə vurulduğunu göstərdiyi iddia edilən görüntüləri yayımlayıb. Bildirilib ki, İsrail personalını hədəf alınmalarından sonra məktəblərə və bənzər yerlərə köçürmək məcburiyyətində qalıb.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz