Dünya 26.06.2025

İRANIN DİNİ LİDERİ XAMENEİ ATƏŞKƏSDƏN SONRA İLK DƏFƏ DANIŞDI

İRANIN DİNİ LİDERİ XAMENEİ ATƏŞKƏSDƏN SONRA İLK DƏFƏ DANIŞDI

Ayətullah Hamaney: ABŞ-a Güclü Zərbə Vurduq

İran-İsrail atəşkəsindən sonra İslam İnqilabının Rəhbəri Ayətullah Hamaney ilk dəfə olaraq açıqlama verib. Hamaneyin bəyanatlarından əsas məqamlar belədir:

"ABŞ Savaşdan Heç Bir Qazanc Əldə Edə Bilmədi"

Ayətullah Hamaney bildirdi ki, ABŞ sionist rejimin tamamilə yox olacağını düşündüyü üçün birbaşa savaşa girdi. Lakin bu savaşdan heç bir qazanc əldə edə bilmədi. Bu cəbhədə İran İslam Respublikası qalib gəldi və ABŞ-a güclü zərbə vurdu.

"Həqiqət Hər Kəsə Bəlli Oldu"

Hamaney vurğuladı ki, sionist rejim bilməlidir ki, İrana hücum onlara bədəl ödətdirir. Onlar ağır bədəllər ödəyirlər və bu həqiqət artıq hər kəsə bəllidir. Silahlı qüvvələrimiz və xalqımız bununla qürur duymalıdır.

"Nüvə Obyektlərimizə Ziyan Dəymədi"

Ruhani rəhbər qeyd etdi ki, İranın nüvə obyektləri deyilənlərin əksinə olaraq hücumlardan təsirlənməyib. Onlar hədəf aldılar, lakin bizi yıxa bilmədilər. Onlar hədəflərinə çata bilmədilər və həqiqətləri gizlətmək üçün məsələni böyüdürlər. ABŞ-ın bölgədəki ən əhəmiyyətli bazalarından biri olan Əl-Übeydə hücum etdik. Hər kəs bizim cavab zərbəmizi kiçimsəyərək, heç bir şey olmadığını iddia etdi. Lakin bu, çox böyük bir hadisə idi.

"Yenidən Hücum Etsələr, Bədəlini Ödəyəcəklər"

Ayətullah Hamaney xəbərdarlıq etdi: "Bizə yenidən hücum etsələr, bədəlini düşmənlərimizə yenidən ödədəcəyik. Onlara buradan tövsiyəm odur ki, bunu bir daha sınamasınlar. İrana qarşı gələcəkdə hər hansı bir aqressiyanın böyük bədəli olacaqdır."

"ABŞ-ın Yeganə Hədəfi Bizi Təslim Almaqdır"

İslam İnqilabının Rəhbəri keçmiş ABŞ prezidenti Donald Trampın bəyanatlarından birində "İran təslim olmalıdır" dediyini xatırlatdı. O, vurğuladı ki, "ali iradəyə malik bir ölkəyə təslim olmaq yaraşmaz". Hamaney qeyd etdi ki, Trampın bu açıqlaması bir həqiqəti ortaya qoydu: "ABŞ-lılar inqilabın başlanğıcından bəri İrana pəncə atırlar. Onların həmişə bir bəhanəsi var. Onların yeganə hədəfi bizi təslim almaqdır. Əvvəlki prezidentləri də bunu söylədi, lakin onlar gizli danışarkən Tramp bu sirri açığa çıxardı. Biz əsla təslim olmayacağıq."

Pentaqon: Trampın Tarixi Uğuru

Digər tərəfdən, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) də İran hücumuna dair yeni açıqlamalar verdi. ABŞ Müdafiə naziri Pit Heqseth bildirdi ki, "İranda olduqca uğurlu hücumlar həyata keçirdik. Prezident Tramp tarixin ən gizli və uğurlu əməliyyatını həyata keçirdi. Bu qətiyyətli hərbi hərəkət sayəsində müharibə sona çatdı."

"İranın Obyektlərinə Böyük Ziyan Vurduq"

Heqseth vurğuladı: "ABŞ-ın hücumu İranın nüvə obyektlərinə çox böyük ziyan vurdu. Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü də söylədi. Digər tərəfdən, Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) də İranın nüvə proqramının zərər gördüyünü bildirdi. Etibarlı mənbələrimiz Tehranın nüvə obyektlərinin məhv edildiyini və yenidən inşa edilməsinin lazım olduğunu qeyd etdi."

"Tramp Əleyhdarlığı Qanınızdadır"

ABŞ Müdafiə naziri mətbuat nümayəndələrini hədəf alaraq dedi: "Bəzi mətbuat orqanlarının qanında Tramp əleyhdarlığı var. Yarım doğru, sızdırılmış məlumatlarla ictimaiyyəti manipulyasiya etməyə çalışırsınız. Suyu bulandırmaq üçün yalan danışırsınız. Mürəkkəb əməliyyatlarımızı yazmaq əvəzinə yalana yönələn mətbuat nümayəndələri var. Biz İrana cəsarətli və yuxu kimi bir əməliyyat həyata keçirdik."

"Qatardakı Əsgərlərimiz Təhlükəsiz Bölgəyə Keçdi"

İranın Qatardakı Əl-Übeyd bazasına etdiyi hücumla bağlı dəyərləndirmələr verən ABŞ Baş Qərargah rəisi Den Keyn bildirdi ki, "Bazar ertəsi səhər prezidentimiz İranın ABŞ bazalarına hücum planında olduğunu öyrəndi və onun əmri ilə Qatardakı əsgərlərimiz qərargahdan ayrıılaraq təhlükəsizlik dairəsini genişlətdilər. Patriot batareyalarımız vəzifədə idi və 44 əsgərimiz qərargahı müdafiə etməkdən məsul idi. Ən gənc əsgərimiz 21 yaşlı bir əsgər idi. Ən yüksək tutumlu raketlərimiz də o bölgədə idi."

"Tarixin Ən Böyük Patriot Müdafiəsi idi"

Keyn əlavə etdi: "Qatarda yerli vaxtla 19:30-da İran hücuma keçdi və hədəflər görüldükdən sonra Patriot raketlərini dəfələrlə atdıq. Bu, dövlət tariximizdəki ən böyük Patriot müdafiəsi idi. Neçə atış edildiyi gizli olduğu üçün deyə bilməyəcəyik. Göy üzündə adeta metal yağışı oldu. Ordumuzun bacarıqlarını gördünüz, inanılmaz dərəcədə uğurlu oldular."

Xatırlatma: ABŞ-ın Nüvə Obyektlərinə Hava Hücumları

ABŞ prezidenti Donald Tramp 21 iyun tarixində ABŞ B-2 təyyarələrinin İranın Fordo, Natanz və İsfahan nüvə obyektlərinə hava hücumu həyata keçirdiyini elan etmiş və hücumların İranın nüvə zənginləşdirmə obyektlərini "tamamilə və bütövlükdə məhv etdiyini" iddia etmişdi.

24 saat