Şou 20.10.2025

İrem Derici xəstəxanalıq oldu

İrem Derici xəstəxanalıq oldu

Müğənni İrem Derici Xəstəxanaya Yerləşdirildi

Türkiyədə məşhur simalara qarşı həyata keçirilən son narkotik əməliyyatının adı hallanan iştirakçılarından biri olan müğənni İrem Derici jandarmaların müşayiəti ilə qan, sidik və saç nümunələri vermişdi. Aparılan laboratoriya analizləri nəticəsində sənətçinin narkotik maddə istifadə etmədiyi təsdiqlənsə də, hadisədən qısa müddət sonra o, qəfildən ağır xəstələnərək xəstəxanaya yerləşdirilib.

Sağlamlıq Durumu Pisləşib

Xəstəxanadan çəkdiyi videoda müğənni vəziyyətinin ağır olduğunu açıqlayıb. O, "Bədənimdə nə axtarırsınızsa, var; qrip, şiddətli ishal. Halsızlıqdan yeriyə bilmirəm, heç bir yerim tərpənmir" deyə narahatlığını ifadə edib.

Uşak Konserti Təxirə Salındı

Sənətçi sağlamlıq problemləri səbəbindən Uşakda baş tutacaq konsertini təxirə salmaq məcburiyyətində qalıb. Derici azarkeşlərinə müraciət edərək bildirib: "Günlərdir gözlədiyim Uşak konsertimi təxirə salmalı oldum. Komandamızdakı hər kəs bu vəziyyətdən pərişandır. Həkim mənə 5 günlük istirahət təyin etdi."

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz