Beşiktaşın iddialı hədəfləri
Transfer bazarında böyük ambisiyalarla çıxış edən "Qara Qartal", növbəti səs-küylü anlaşmaya imza atmağa hazırlaşır. Komandasına Jurasek, Abraham, Orkun Kökçü və Kayl Uoker-Peters kimi mühüm adları qataraq "ideal onbirliyini" gücləndirən İstanbul təmsilçisi, indi də cinah mövqeyində oynayan ulduz bir futbolçu üçün hərəkətə keçib. Klub rəhbərliyi uzun müddətdir nəzarətdə saxladığı İrfan Can Kahveci ilə bağlı danışıqları intensivləşdirir. Orkun Kökçünün azarkeşlərə təqdimat videosunda milli futbolçunu gəmidə aparan Mehmet Özdilekin "Daha bir sərnişin də gələcək" ifadəsi tərəfdarlar arasında böyük maraq və həyəcan yaratmışdı.
Milli oyunçular "Qara Qartal"ın gündəmində
Həmin sirli sərnişinin məhz İrfan Can Kahveci olduğu qeyd edilir. Milli komandamızın üzvü "Fənərbaxça"da qalmaq istəsə də, klubun baş məşqçisi Joze Mourinyonun gələcək planlarında yer almadığı bildirilir. Buna görə də, Portuqaliyada keçirilən yay düşərgəsindən sonra "sarı-göylər"dən ayrılması ehtimal edilən İrfan Can, "Qara Qartal"da çıxış etmək variantına müsbət yanaşır. Klubun diqqət mərkəzində olan digər namizəd isə Kerem Aktürkoğludur. "Benfika"dan Orkun Kökçünün ayrılmasından sonra yaranan vəziyyətdə gələn transfer təkliflərini dəyərləndirəcək milli oyunçu da "Qara Qartal"a laqeyd deyil.