İdman 15.07.2025

İsaka Rekord Təklif

İsaka Rekord Təklif

Liverpool, Alexander Isakın Transferi Üçün Rekord Təklif Edib

Liverpool İngiltərə Premyer Liqasının digər təmsilçisi Newcastle United-ın İsveçli ulduz hücumçusu Alexander Isakı heyətinə qatmaq üçün ciddi addım atıb. Bildirilir ki, “Qırmızılar” Newcastle rəhbərliyinə 120 milyon funt sterlinq məbləğində tarixi bir təklif ünvanlayıb. Bu məbləğ, klub tarixində bir oyunçu üçün ödəniləcək ən yüksək qiymət olacaq.

Əgər bu razılaşma gerçəkləşərsə, Isak dünya futbol tarixində Neymar və Kilian Mbappeden sonra ən bahalı üçüncü futbolçu olmaqla, yüksək transfer məbləği ilə yadda qalacaq.

Isakın Newcastle United-dakı Uğurları və Müqavilə Vəziyyəti

2022-ci ildə Real Sosyaddan 60 milyon funt sterlinqə Newcastle United-a keçən Isak “Sağsağanlar”ın heyətində keçirdiyi 109 oyunda 62 dəfə fərqlənməyi bacarıb.

Hücumçu ötən mövsüm karyerasının ən məhsuldar dövrünü yaşayıb. 42 matçda 27 qol vuran Isak, Newcastle-ın Premyer Liqanı beşinci yerdə bitirərək Çempionlar Liqasına vəsiqə qazanmasında həlledici rol oynayıb.

Hazırda Isakın Newcastle United ilə daha üç illik müqaviləsi mövcuddur ki, bu da onun gələcəyi ilə bağlı qeyri-müəyyənliyi artırır.

24 saat