Dünya 30.07.2025

İsraildən Poseidon planı: KKTC üzərindən Türk Ordusu hədəfdə

İsraildən Poseidon planı: KKTC üzərindən Türk Ordusu hədəfdə

Şimali Kipr İsrail üçün Strateji Təhdid: "Poseidon" Planı Açıqlandı

Türkiyənin Şimali Kipr Türk Cümhuriyyətində (KKTC) hərbi mövcudluğuna dair İsrailin öndəgələn qəzetlərindən birində dərc edilən geniş və diqqətçəkən analizdə Türkiyənin regiondakı gücünün artması və hərbi mövcudluğu İsrailin milli təhlükəsizliyi üçün birbaşa strateji təhdid kimi qiymətləndirilib.

Şimali Kipr: Bir İsrail Problemi

Analizdə "Şimali Kipr eyni zamanda bir İsrail problemidir" ifadəsi vurğulanaraq, bu məsələnin yalnız regional deyil, həm də beynəlxalq səviyyədə nəzərdən keçirilməli olduğu bildirilib.

Kritik Hədd Aşılarsa Müdaxilə Olunacaq

Analizdə İsrailin hazırkı mərhələdə Kiprin şimalına birbaşa müdaxilə planının olmadığı qeyd edilsə də, bu vəziyyətin istənilən an dəyişə biləcəyinə diqqət çəkilib: "Regiondan qaynaqlanan təhdid kritik hədd aşılarsa, İsrail strateji mövqeyini dəyişdirməyə məcbur olacaq. Beləliklə, Yunanıstan və Cənubi Kipr ilə koordinasiyalı şəkildə adanın şimalına istənilən an müdaxilə edə biləcək şəkildə təcili plan hazırlanmalıdır." Belə bir əməliyyatın Türkiyənin ana quru hissəsindən əlavə qüvvələr göndərməsinin qarşısını alacağı, KKTCdəki hava hücumundan müdafiə sistemlərini məhv edəcəyi, kəşfiyyat və komandanlıq mərkəzlərini dağıdacağı da bildirilib.

Təcili Plan: Poseidon

Qeyd olunan təcili planın Yunan dəniz tanrısı Poseydonun adını daşıya biləcəyi vurğulanıb. Bu adın dəniz hökmranlığını və ən pis ssenarinin dağıdıcı nəticələrini simvolizə etdiyi, İsrailin strateji dəniz aktivlərini qorumaq və regional təhlükəsizlik üçün kritik əhəmiyyətə malik açıq dəniz yollarını müdafiə etmək niyyətini əks etdirdiyi ifadə edilib.

Türkiyə Regional Gücünü Möhkəmləndirir

Bununla yanaşı, Türkiyənin KKTCdə 40 mindən çox hərbi personal saxladığı və bu sayın getdikcə artdığı iddia edilib. Həmçinin, Türkiyənin regiondakı donanma elementlərini gücləndirdiyi və xüsusilə Karpaz bölgəsində dəniz bazası qurmaq hazırlıqlarını davam etdirdiyi irəli sürülüb. Türkiyənin regionda gücünü möhkəmləndirmək məqsədilə Bayraktar TB2 və Akıncı tipli pilotsuz uçuş aparatlarını (PUA) fəal şəkildə yerləşdirdiyi vurğulanıb. Keçitqala Hərbi Hava Bazasında yerləşdiyi iddia edilən bu PUA-ların İsrailin Şərqi Aralıq dənizindəki hava və dəniz hərəkətlərini məhdudlaşdıran təsirli bir çəkindirici amil olduğu bildirilir.

Türk PUA-ları İsrail Donanmasını Hədəf Ala Bilər

Analizdə həmçinin Türkiyənin regional qaz mübahisələri səbəbindən tərk edilmiş Lefkoniko Hava Limanını PUA bazasına çevirdiyi iddia edilib. Türkiyənin ana quru hissəsindəki bazalarından daha sürətli şəkildə buradan silahlı Bayraktar TB2 və iyul ayında təqdim edilən daha təkmil Akıncı PUA-larını yerləşdirə bildiyi qeyd olunub. Bu PUA-ların İsrailin qazma qüllələrini, donanma gəmilərini və strateji bölgələrini sürətlə hədəf ala biləcək potensiala sahib olduğu ifadə edilib. Bundan əlavə, Türkiyənin 200 kilometrdən çox mənzilə malik ATMACA gəmi əleyhinə raketləri ilə İsrailin kritik təbii qaz platformalarını birbaşa təhdid edə biləcəyi, yeni Tayfun Blok-4 ballistik raketlərinin isə 560 kilometrə qədər dəqiq hədəfə vurma qabiliyyətinə malik olduğu vurğulanıb. Bununla birlikdə Girnə və Qazimağusadakı raket bazalarının hazır olduğu, bu vəziyyətin isə Türkiyənin Qüds, Təl-Əviv və Hayfa körfəzini vurma potensialı ilə İsrailə qarşı ilk birbaşa ballistik təhdidi yaratdığı iddia edilib.

Göz Ardı Edilə Bilməz

Sonda analizdə, Türkiyənin inkişaf etmiş pilotsuz uçuş aparatı potensialı və dəniz gücü ilə birlikdə KKTCdəki daimi hərbi mövcudluğunun İsrailin regiondakı strateji planlamalarında nəzərə alınmalı bir güc amilinə çevrildiyi vurğulanır. Bu durumun İsrailin Şərqi Aralıq dənizindəki enerji xətləri və dəniz ticarət yolları baxımından uzunmüddətli dövrdə potensial risklər yaratdığı da qeyd edilib. Regiondakı hərbi mövcudluğun yalnız müdafiə deyil, həm də regional güc balansını dəyişdirmə potensialı daşıdığı ifadə edilib.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz