İsrailin 7 oktyabr 2023-cü ildə
Qəzzaya başlatdığı hücumdan bəri Avropada bir çox siyasətçi, hökumətlərinin mühasirə altında olan bölgədə davam edən və "soyqırım" kimi qiymətləndirilən vəziyyətə qarşı nümayiş etdirdiyi mövqeyi etiraz etmək üçün
istefa edib. İngiltərə, Niderland və İspaniya kimi bəzi
Avropa ölkələrində siyasətçilər və ictimaiyyətə məlum şəxslər İsrailin hücumlarını davam etdirdiyi
Qəzzadakı hadisələrə "səssiz qala bilməyəcəklərini" ifadə edərək vəzifələrindən ayrılıblar.
Niderland
Niderlandda Xarici İşlər naziri Kaspar Veldkamp 22 avqustda vəzifəsindən
istefa edib. Bu qərar, onun qanunsuz İsrail yaşayış məntəqələrindən gələn mallara embarqo, İsraildən silah alqı-satqısına qadağa, ifrat sağçı İsrail nazirlərinə səyahət qadağası kimi daha sərt tədbir və sanksiyalar, həmçinin Fələstin dövlətinin tanınması kimi tələblərinin koalisiya tərəfdaşları tərəfindən əngəllənməsi səbəbindən verilib.
Veldkampın
istefası bir növ domino effekti yaradıb və Yeni Sosial Müqavilə Partiyasından (NSC) digər nazirlər də müvəqqəti hökumətdən
istefa ediblər.
İstefa edənlər arasında NSC sədri və müvəqqəti hökumətdə Sosial İşlər və Məşğulluq naziri olan Baş nazirin müavini Eddi van Hiyum, Daxili İşlər və Kral Əlaqələri naziri Cudit Uitermark, Təhsil, Mədəniyyət və Elm naziri Eppo Bruins, İctimai Səhiyyə, Rifah və İdman naziri Daniyel Yansen, Xarici Ticarətdən məsul Dövlət naziri Hanneke Boerma, Hüquqi Müdafiədən məsul Dövlət naziri Teun Struycken, Vergiləndirmə və Gömrükdən məsul Dövlət naziri Tyebbe van Ostenbruggen, həmçinin Sosial Yardımlardan məsul Dövlət naziri Sandra Palmen-Şlangen də var idi.
Van Hiyum İsrail hökumətinin hərəkətlərini "beynəlxalq razılaşmalarla tamamilə zidd" kimi xarakterizə edərək, "Qısası, bu iş bitdi" deyib. Müvəqqəti hökumətin Baş naziri Dik Sxof isə
istefalardan "dərin kədər" duyduğunu bildirib və
Qəzzadakı vəziyyətin pisləşməsini "dramatik" adlandırıb. Nazirlərin vəzifələrindən çəkilməsi ilə kabinetdə hökuməti dəstəkləyən sandalye sayı 150-dən 32-yə düşüb.
İngiltərə
İngiltərədə bir çox millət vəkili, hazırkı Baş nazir Keyr Starmerin müxalifət lideri olduğu dövrdə atəşkəs çağırışlarını rədd etməsi səbəbindən vəzifəsindən
istefa edib. Leyborist Partiyasından millət vəkili İmran Hüseyn, müxalifət liderinin İsrail-Fələstin münaqişələri ilə bağlı açıqlamaları və
Qəzzada atəşkəsə qarşı bəyanatları səbəbilə 8 noyabrda İşçilər Üçün Yeni Razılaşmadan məsul kölgə naziri vəzifəsindən
istefa etdi.
Şotlandiya Milli Partiyasının (SNP) təqdim etdiyi atəşkəs çağırışı dəyişikliyini dəstəkləyən 56 Leyborist millət vəkili arasında olan Cess Filips də Hüseynin
istefasından bir həftə sonra vəzifəsindən ayrıldı. Eyni gün Leyborist Partiyasının millət vəkili Yasmin Qureşi də atəşkəs təklifinə səs vermək üçün Bərabərlikdən məsul kölgə naziri vəzifəsindən
istefa etdi.
İngiltərənin Dublin Səfirliyində işləyən diplomat Mark Smit, avqust 2024-cü ildə ölkəsinin İsrailə silah satışını davam etdirməsini protesto edərək vəzifəsindən
istefa etdi. Smit
istefa məktubunda "İngiltərənin müharibə cinayətlərində ortaqlıq edə biləcəyi" barədə xəbərdarlıq etdi. Şaista Əziz, Amar Lətif, Əmna Abdullah Latif və Altaf Patel də daxil olmaqla bəzi siyasi şəxslər yerli məclislərdəki vəzifələrindən ayrılıblar. Keçmiş millət vəkili Lin Cons da hücumların başlamasından qısa müddət sonra
istefa edib, fələstinli fotoqraf və Leyborist Partiyası rəsmisi Lubaba Xalid də Starmerin
Qəzza ilə bağlı açıqlamalarını əsas gətirərək vəzifəsini tərk edib.
İspaniya
İspaniyada koalisiya hökumətinin kiçik tərəfdaşı Sumar alyansının 2023-cü ilin dekabrında Fələstin mövzusunda keçirilən parlament iclası zamanı Podemos partiyasının lideri İone Belarranın çıxışını əngəlləməsi koalisiya daxilindəki gərginliyi zirvəyə çatdırıb. İsrailin Baş naziri Benyamin Netanyahunu "soyqırım" planlaşdırmaqda ittiham edən Belarra əvəzinə iclasda çıxış edən Aqustin Santos Fələstin dövlətinin tanınması, İsraillə silah müqavilələrinin yenidən nəzərdən keçirilməsi və Beynəlxalq Cinayət Məhkəməsinin (UCM) fəaliyyətə keçməsi çağırışını etsə də, çıxışında "soyqırım" ifadəsini işlətməyib. Bundan sonra Sumar alyansındakı Podemos partiyasına mənsub 5 millət vəkili
istefa etdiklərini bəyan ediblər.
İrlandiya
İrlandiyada insan haqları üzrə hüquqşünas Maykl Farrell "
Qəzza məsələsində səssiz qaldığı" səbəbilə Avropa Şurasına bağlı İrqçiliyə və Dözümsüzlüyə Qarşı Avropa Komissiyasında (ECRI) 14 il davam etdirdiyi vəzifəsindən
istefa edib. Bu mövzunu gündəmə gətirmək üçün dəfələrlə cəhd etdiyini, lakin səylərinin boşa çıxdığını və ECRI-nin iyul ayında keçirilən ümumi iclasında təqdim etdiyi təklifin rədd edildiyini bildirən Farrell, "Əgər
Qəzzadakı dəhşətli hücumlar haqqında danışa bilməyəcəmsə, insan haqlarını pozan dövlətləri tənqid etməyə də davam edə bilməyəcəyimi düşündüm" deyib.
Belçika
Belçikanın Xarici İşlər naziri və Baş nazirin müavini Maksim Prevot "İsrailin
Qəzzadakı müharibəsinə qarşı daha sərt mövqe tutulmayacağı təqdirdə koalisiyanın dağıla biləcəyi" barədə xəbərdarlıq edib. Flamand dilində nəşr olunan "De Standaard" qəzetinə verdiyi müsahibədə Prevot bildirib ki, "Hökumət İsrail hökumətinin insan haqları pozuntularına qarşı daha sərt mövqe nümayiş etdirməsə və ya Fələstini tanımasa, böyük bir böhran riski yaranacaq". Belçika Baş naziri Bart De Vever ilə keçiriləcək görüşdə bu mövzu ilə bağlı təklif irəli sürəcəyini açıqlayan Prevot, problemin həll edilməməsi halında "hökumət qərarlarını əngəlləmək ehtimalını istisna etməyəcəyini" qeyd edib.
24 saat
Oxucu Şərhləri
Şərh Yaz