İzmir meşə yanğınları səbəbindən geniş təxliyələr
Türkiyənin qərb əyaləti İzmirdə yanğınsöndürənlər ikinci gündür davam edən meşə yanğınları ilə mübarizə aparır. Yerli hakimiyyət orqanlarının məlumatına görə, dörd kənd və iki məhəllə təxliyə edilib. Güclü küləklər yanğının daha da genişlənməsinə səbəb olub.
Meşə Təsərrüfatı Naziri İbrahim Yumaklı bazar ertəsi bildirib ki, İzmir meşə yanğınları gecə ərzində Kuyucak və Doğanbey bölgələrində saatda 40-50 kilometr (25-30 mil) sürətlə əsən küləyin təsiri ilə daha da güclənib. Yumaklı İzmirdə jurnalistlərə açıqlamasında qeyd edib ki, alovları söndürmək üçün helikopterlər, yanğınsöndürən təyyarələr və digər nəqliyyat vasitələri ilə yanaşı, 1000-dən çox şəxs səfərbər olunub.
Türkiyə mediasının verdiyi xəbərə görə, İzmir Adnan Menderes Hava Limanında əməliyyatlar yanğın səbəbindən dayandırılıb. Yayılan görüntülərdə komandaların su qoşqulu traktorlardan və su daşıyan helikopterlərdən istifadə etdiyi, yanmış ağaclarla örtülü təpələrin üzərindən tüstü buludlarının yüksəldiyi görünürdü.
Əvvəllər güclü küləklər helikopterlərin havaya qalxmasına mane olmuş, bu da iki su bombalayan təyyarəni və böyük bir yerüstü heyəti alovlarla mübarizədə çətin vəziyyətdə qoymuşdu. Quvernator Süleyman Elbanın sözlərinə görə, ilk yanğın bazar günü İzmirin Seferihisar və Menderes rayonları arasında başlayıb və saatda 117 kilometrə (75 mil) çatan küləklər səbəbindən sürətlə yayılıb.
Qubernator əlavə edib ki, yanğın yaşayış məntəqələrinə yaxınlaşdığı üçün Seferihisarın beş məhəlləsi təxliyə olunub. AFP xəbər agentliyinə telefonla danışan bir şahid bildirib ki, Ürkmez kəndinin sakinləri evlərini qorumaq üçün ağacları kəsərək yanğına qarşı sədlər yaratmağa məcbur olublar.
Ayrı bir yanğın isə mərkəzi İzmirdən 13 kilometr (8 mil) məsafədəki Gaziemirdəki tullantı poliqonunda baş verib. Bu yanğın yaxınlıqdakı meşə sahəsinə yayılaraq, bir neçə avtomobil dilerliyinin yerləşdiyi Otokent sənaye zonasını təhdid edib. Türk kanalı NTV-nin yayımladığı kadrlarda bir dilerliyinin alova büründüyü görünürdü.
Son illərdə Türkiyənin sahil bölgələri yayların daha isti və quraq keçməsi ilə əlaqədar olaraq meşə yanğınlarından ciddi ziyan görüb. Alimlər bunu iqlim dəyişikliyi ilə əlaqələndirirlər. Keçən il də İzmirin eyni bölgəsi böyük meşə yanğını ilə üzləşmişdi.
Cənubi Avropada vəziyyət
Cənubi Avropada da yanğınsöndürənlər səfərbər olunub. Qitəni bürüyən ilk istilik dalğası əhaliyə sığınacaq axtarışı üçün təkan verib və önümüzdəki günlərdə daha da şiddətlənəcəyi gözlənilir.
Fransada, cənub-qərbdəki Audedə, Corbieres bölgəsində meşə yanğınları başlayıb. Burada temperatur 40C-ni (104F) keçib, ehtiyat tədbiri olaraq bir düşərgə və bir monastır təxliyə edilib.
Keçən həftə Yunanıstanlı yanğınsöndürənlər Afinadan cənubda, sahilboyu ərazidə baş verən meşə yanğını ilə mübarizə aparmalı olublar, bu da bəzi təxliyələrə səbəb olub.
Portuqaliya Dəniz və Atmosfer İnstitutunun məlumatına görə, Portuqaliyanın cənub yarısının bir neçə bölgəsi, o cümlədən Lissabon, bazar ertəsi axşama qədər qırmızı xəbərdarlıq altında olub.
Təbii fəlakətlər son illərdə regionda daha tez-tez müşahidə olunur.