Portuqaliya Futbolunda Joao Felix Gündəmi
Portuqaliyanın tanınmış futbol klubu "Benfica", hazırda İngiltərənin "Çelsi" komandasında çıxış edən hücumçunu geri qaytarmaq üçün ciddi addımlar atır. Bildirilir ki, Lissabon təmsilçisi 26 yaşlı istedadlı futbolçunun
transfer hüquqlarının yarısı üçün 18.5 milyon avro ödəməyə hazırdır. İngiltərə mediasına istinadən yayılan məlumatlara görə, "Benfica" bu məbləğə əlavə olaraq, gələcəkdə futbolçunun başqa kluba satışından əldə olunacaq gəlirin 50 faizini "Çelsi"yə verməyi də təklif edib. Qeyd edək ki,
portuqaliyalı ulduz ötən mövsümün ikinci yarısını icarə əsasında İtaliyanın "Milan" klubunda keçirmişdi.
Gənc Ulduzun Transfer Arzusu
Xəbərdə vurğulanır ki,
Joao Felixin özünün də "Çelsi"dən ayrılmaq istədiyi və keçmiş klubu "Benfica"ya qayıtmaq üçün əməkhaqqında əhəmiyyətli dərəcədə endirim etməyə hazır olduğu bildirilir. Onun adı bir dövr Türkiyənin bəzi klubları ilə də hallanmışdı. Son olaraq, Felixin bu yaxınlarda İstanbulda qısa səfərdə olduğu və Bosfor boğazında çəkdirdiyi fotonu sosial şəbəkələrdə paylaşaraq diqqət çəkdiyi xatırladılır.
24 saat