Şou 04.07.2025

Kadir İnanır adı ilə yayılan görüntü saxta çıxdı

Kadir İnanır adı ilə yayılan görüntü saxta çıxdı

Kadir İnanırın son sağlamlıq durumu açıqlanıb

İstanbulun Beykoz rayonundakı evində 24 mart 2024-cü ildə narahatlanan Kadir İnanır Ümraniye Təhsil və Araşdırma Xəstəxanasına çatdırılmışdı. Beyinə qan laxtasının düşməsi nəticəsində insult keçirən sənətçi təcili əməliyyata alınmış və ehtiyat tədbiri olaraq intubasiya edilmişdi. Müalicənin uğurlu getməsi sayəsində İnanır aprelin 1-də reanimasiyadan çıxarılmış, aprelin 4-də isə evə yazılmışdı.

Aktyorun əvvəlki sağlamlıq problemləri

Keçən ilin avqust ayında isə ağciyərində yaranan infeksiya səbəbindən Yeditepe Universiteti Xəstəxanasında müalicə alan aktyorun iflic keçirdiyi və danışa bilmədiyi iddiaları yayılmışdı. Usta sənətçinin həyat yoldaşı Jülide Kural bu şayiələri qətiyyətlə təkzib etmişdi: "Aylar davam edən müalicə prosesində çətin anlar da yaşandı. Lakin Qara dənizin gücünü, qəzəbini, şənliyini, qısası, yaşamaq eşqini qəlbində daşıyan Fatsalı Kadirin qətiyyəti bütün çətinlikləri aşmaqda hər zaman kömək oldu. Mən sizdən keyfiyyətsiz kanalların hazırladığı proqramlara və ya klikləməklə pul qazanmaq istəyənlərin yalan xəbərlərinə etibar etməməyinizi xahiş edirəm."

Müalicə və cari vəziyyət

Sağlamlıq durumu yaxşılaşdıqdan və xəstəxanadan buraxıldıqdan sonra fizioterapiya mərkəzində müalicəsini davam etdirən 75 yaşlı sənətçini bu yaxınlarda dostları ziyarət etmişdi. Həmin görüş zamanı çəkilən fotolarda onun kifayət qədər sağlam göründüyü diqqət çəkirdi. İlk beyin infarktından sonra müalicəsi uğurla davam edir.

Yanlış yayılan fotoşəkil

Lakin bu gün yeni yayımlanan bir fotoşəkil ictimaiyyətdə sənətçinin sağlamlıq durumunun pisləşdiyi barədə düşüncələr yaratdı. Habertürk-ün məlumatına görə, sözügedən fotoşəkil yeni deyil. Əslində, üç ay əvvəl çəkilmiş həmin şəkil sosial şəbəkələrdə "Kadir İnanırın son vəziyyəti" adı altında yayıldığı üçün çaşqınlıq yaranmışdı.

24 saat