Kenan Yıldız İtaliyada müzakirə olunur
İtaliya A Seriyasının 13-cü turunda "Yuventus" doğma meydanda "Kalyari"ni qəbul edib. Qarşılaşmanın 26-cı dəqiqəsində qonaq komanda hesabda önə keçsə də, cəmi bir dəqiqə sonra Kənan Yıldız tarazlığı bərpa etdi. İlk hissənin sonuna yaxın Kənan bir daha fərqlənərək, komandasını 2-1 hesabıyla irəli çıxardı. İkinci hissədə qol vurulmadığından "Yuventus" Kənanın qolları sayəsində qələbə qazandı.
## İtaliya mətbuatı Kənan Yıldızdan yazır
Kənan Yıldız İtaliya mətbuatının manşetlərinə çıxıb.
"Tuttosport" qəzeti matçla bağlı "Kənan Yıldız "Yuventus"u liqada da daşıyır" başlığını atıb. Qəzet Kənanın performansı haqqında bunları yazıb: "Kənan Yıldız heyran etməyə davam edir. "Kalyari"yə qarşı da əzəli şousunu göstərdi, həlledici iki qol vurdu və bir daha "Yuventus"un hərəkətverici qüvvəsi olduğunu sübut etdi. Möhtəşəm bir performans."
"La Gazetta della Sport" qəzeti matç xəbərində Kənanla bağlı bunları qeyd edib: "Kənan Yıldız hər zamankı kimi ən yaxşı halında, üstəlik "Yuventus"un ehtiyac duyduğu hər şeyə sahibdir. Həm 10 nömrə, həm cinah oyunçusu, həm də mərkəz hücumçusu, çünki 9 nömrələr pis oynadıqda o, oradadır." Qəzetin "No Yildiz, no Juve" (Kənan yoxsa, "Yuventus" da yox) ifadələri də diqqət çəkib.
"Corriere dello Sport" da Kənan Yıldızdan təriflə dolu sözlərlə bəhs edib: "Kənan Yıldız iki qolla "Kalyari"ni məğlub etdi. "Yuventus" liqada qələbə seriyasına qayıtdı."
## Del Pyeronun rekordunu yenilədi
Kənan Yıldız "Kalyari" ilə oyunda vurduğu qollarla "Yuventus"un əfsanəvi oyunçusu Alessandro Del Pyeroya məxsus klub rekordunu qırıb. Kənan, Del Pyeronu geridə qoyaraq klub tarixində 20 qol həddinə çatan ən gənc oyunçu olub.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz