İdman 29.07.2025

Klub 1 yaşlı oğlunu itirən üçün bütün tədbirləri ləğv etdi

Klub 1 yaşlı oğlunu itirən üçün bütün tədbirləri ləğv etdi
İtaliya Serie B təmsilçilərindən olan Baridə çıxış edən belçikalı yarımmüdafiəçi Matthias Verreth, böyük bir ailə faciəsi ilə üzləşib. 27 yaşlı futbolçunun bir yaşlı oğlu Elliot Charles Belçikada vəfat edib. Bu ağır xəbər klub tərəfindən təsdiqləndikdən sonra komandanın mövsüm öncəsi hazırlıq düşərgəsi dayandırılıb və nəzərdə tutulan yoxlama oyunları ləğv edilib.

Klubdan ürək parçalayan mesaj

Bari klubu bu faciəvi itki ilə bağlı dərin hüznlə dolu bir açıqlama yayımlayıb. Açıqlamada deyilir: “Bu acı xəbərlə sarsıldıq və kədərimizi sözlə ifadə etməkdə çətinlik çəkirik. Klub prezidenti Luigi De Laurentiis, texniki heyət, bütün komanda, idarə heyəti və klubun bütün işçiləri adından Matthias Verreth və onun ailəsinə bu ağlasığmaz itki qarşısında dəstəyimizi bildiririk”. Klub rəhbərliyi, yaşanan faciəni nəzərə alaraq, bütün proqramları ləğv edərək komandanın mövsüm öncəsi hazırlıqlarını keçirdiyi Roccaraso şəhərindən Bariyə qayıtmaq qərarına gəlib.

Virus şübhəsi ilə xəstəxanaya yerləşdirilmişdi

İtaliya mətbuatının məlumatına görə, balaca Elliot bir neçə gün əvvəl virus şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Lakin vəziyyəti qəflətən pisləşib. Gənc yaşda dünyasını dəyişən körpə, Verreth ailəsini böyük bir kədərə qərq edib. Oyuncu, dərhal Belçikaya yollanaraq həyat yoldaşı və qızının yanında olub.

Futbol ictimaiyyətindən dəstək mesajları

Keçmiş klubu Brescia başda olmaqla bir çox futbol klubu və təşkilatlar, Verrethə başsağlığı və dəstək mesajları göndərib. Brescia klubunun rəsmi saytında yer alan başsağlığı mesajında, “Matthiasa ən səmimi düşüncələrimizi, sevgimizi və Biancazzurra ailəsinin həmrəyliyini çatdırırıq” ifadələri yer alıb. Bari klubunun azarkeş qrupu da Verreth ailəsinə dəstək olmaq üçün stadion ətrafına böyük bir plakat asaraq acıya şərik olub.

Karyerasına PSV-də başlayıb

Futbol karyerasına PSV-nin aşağı yaş qruplarında başlayan Verreth, Belçika millisində U15-dən U21-ə qədər bütün yaş qruplarında forma geyinib. Niderlandda Beveren və Willem II komandalarında çıxış etdikdən sonra 2022-ci ildə İtaliyanın Brescia klubuna transfer olub. Ötən mövsüm 34 oyunda 4 qola imza atan oyunçu, bu ilin iyul ayında Bari klubuna azad agent kimi keçib.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz