Daniel Higraff isə qarşılaşmanın dördüncü hakimi funksiyasını yerinə yetirəcək.
Avqustun 28-də Tüpraş Stadionunda oynanılacaq cavab matçını danimarkalı hakim Yakob Kehlet idarə edəcək. Kehletə Lars Hummelgaard və Martin Markus assistentlik edəcəklər.Aydın Uslu isə matçın dördüncü hakimi olacaq.
## Başakşehiri arnavut hakim idarə edəcək İstanbul Başakşehirin UEFA Konfrans Liqasının pley-off mərhələsində Rumıniya təmsilçisi Universitatea Krayova ilə qarşılaşacağı oyunları idarə edəcək hakimlər də bəlli olub.UEFA-nın açıqlamasında bildirilir ki, avqustun 21-də Başakşehir Fatih Terim Stadionunda keçiriləcək ilk matçı Albaniya Futbol Federasiyasından olan hakim Yukshin Xhaja idarə edəcək. Ona həmyerliləri Arber Zalla və Rejdi Avdo kömək edəcəklər.
Olsid Ferataj isə qarşılaşmanın dördüncü hakimi olacaq.
Başakşehir və Universitatea Krayova arasında avqustun 28-də İon Oblemenco Stadionunda oynanılacaq cavab matçında alman hakim Daniel Şlager fit çalacaq. Şlagerə Sven Vaşitzki və Tobias Friç kömək edəcəklər. Matçın dördüncü hakimi isə Tobias Reyhel olacaq. ## Samsunsporun ilk oyununa ispan, ikinci oyununa bosniyalı hakim təyin edilib Samsunsporun UEFA Avropa Liqasının pley-off mərhələsində Yunanıstan təmsilçisi Panatinaikosla qarşılaşacağı oyunların hakimləri də müəyyənləşib.UEFA-nın məlumatına görə, avqustun 21-də Yunanıstanın paytaxtı Afina şəhərindəki Olimpiya Stadionunda keçiriləcək ilk matçda ispan hakim Xuan Martinez Munuera baş hakim olacaq. Ona Dieqo Barbero və Migel Martinez assistentlik edəcəklər.
Mateo Buskets Ferrer isə qarşılaşmanın dördüncü hakimi funksiyasını yerinə yetirəcək.
Samsunspor və Panatinaikos arasında avqustun 28-də Samsun Yeni 19 Mayıs Stadionunda keçiriləcək cavab matçında Bosniya və Herseqovinadan olan İrfan Peljto fit çalacaq. Peljtoya Senad İbrisimbeqoviç və Davor Belyo kömək edəcəklər.Matçın dördüncü hakimi isə həmyerlisi Miloš Giqoviç olacaq.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz