Şou 17.08.2025

Lalə Onukdan toy sonrası ilk paylaşım: Tamamilə fərqli hissdir

Lalə Onukdan toy sonrası ilk paylaşım: Tamamilə fərqli hissdir

Məşhur Cütlük Ailə Həyatı Qurdu

2020-ci il “Survivor” yarışmasının diqqətçəkən simalarından biri, sonradan proqrama qatılmasına baxmayaraq dördüncü olmağı bacaran Berkan Karabulut özəl həyatında xoşbəxtliyə qədəm qoyub. Tanınmış sosial media fenomeni Lale Onuk ilə uzun müddət davam edən münasibətlərini rəsmiləşdirən cütlük keçən il Parisdə nişanlanmışdı. Berkan Karabulut o zaman romantik evlilik təklifi anlarını sosial şəbəkədə paylaşaraq, "Səninlə bir ömür keçirməyi səbirsizliklə gözləyirəm. Yaxşı ki varsan, yaxşı ki biz olduq", – deyə hisslərini ifadə etmişdi.

Zərif Gəlinlik Böyük Bəyəni Qazandı

Cütlük ötən axşam möhtəşəm toy mərasimi ilə dünya evinə daxil olub. Dəvətlilər arasında şou-biznes dünyasından çox sayda tanınmış simanın iştirak etdiyi mərasim yadda qalan anlarla zəngin olub. Xüsusilə, Lale Onukun seçdiyi zərif gəlinlik böyük bəyəni qazanıb. Toydan sonra Lale Onuk öz Instagram hesabında mərasimdən fotolar paylaşaraq xoşbəxtliyini izhar edib. O, "Həyatımızın ən özəl günündə yanımızda olan hər kəs yaxşı ki var. Dünən ətrafımızda nə qədər gözəl insanların olduğunu, nə qədər çox sevilib-sevildiyimizi hiss etmək və görmək başqa bir duyğu idi," – sözləri ilə hisslərini bölüşüb. O, həmçinin əlavə edib: "Belə günlərdə xoşbəxtliyi və həyəcanı bölüşmək nə qədər də özəl imiş. Bu yolda bizimlə bərabər olduğunuz üçün çox-çox təşəkkür edirik!"

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz