Musa əs-Sədrin sirli yoxoluşu
Bir vaxtlar
Livan siyasətinin aparıcı simalarından biri olan
Musa əs-Sədr, “Hizbullah” təşkilatının qurulmasından əvvəl fəaliyyət göstərən “Əməl” hərəkatının yaradıcısı idi. “İmam” ünvanına sahib olan Sədr, 31 avqust 1978-ci ildə rəsmi səfər üçün getdiyi Müəmmər
Qəddafinin idarə etdiyi
Liviyada yoxa çıxmış və o gündən sonra ondan heç bir iz tapılmamışdı.
Musa əs-Sədrin Qəddafinin əmri ilə qaçırıldığı və öldürüldüyü ehtimalı üzərində dayanılsada, bəziləri onun hələ də sağ olduğuna və bir gün Livana qayıdacağına inanırdı. Yoxa çıxmasından sonra bəzi insanlar onu
Şiəliyin əsasında dayanan və bir gün dünyaya qayıdacağı rəvayət edilən itkin 12-ci İmam olaraq görməyə başlamışdı.
Liviya səfəri və izsiz itkin düşmə
Sədrin ictimai lider olmağa doğru yolu 1960-cı illərin sonunda başladı. 1970-ci illərə gəldikdə
Musa əs-Sədr Livanda tanınan bir fiqura çevrilmiş və cəmiyyətin əhəmiyyətli hissələrinə xitab edə bilən bir şəxsiyyət olmuşdu. Sədr qurduğu xeyriyyə təşkilatları ilə cəmiyyətdəki fərqli qruplarla da təmasda olmağa başlamışdı.
Livan vətəndaş müharibəsinin başlaması ilə birlikdə, münaqişələrin sona çatması üçün çalışan Sədr, məzhəbçiliyə qarşı çıxışları ilə də tanınırdı. 25 avqust 1978-ci ildə o, dövrün
Liviya lideri polkovnik Müəmmər Qəddafi ilə görüşmək üçün Liviyaya getdi. Livandakı vətəndaş müharibəsinə Fələstinli qruplar da daxil olmuşdu və bu qruplar
Livanın cənubundan İsrailə hücumlar edərək bölgədəki mülki əhalinin təhlükəsizliyini təhdid edirdi. Sədr, Fələstinliləri dəstəkləyən Qəddafidən Livandakı mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün Fələstinlilərlə görüşməsini istəyirdi. Avqustun 31-də, Qəddafi ilə görüşü 6 gün gözlədikdən sonra Sədr,
Liviya hökumətinə məxsus bir avtomobil ilə Tripoli otelindən aparıldı.
Musa əs-Sədr o gündən sonra bir daha heç bir yerdə görünmədi. Sədrin yoxa çıxmasından sonra,
Liviya səlahiyyətliləri onun Romaya getdiyini iddia etdi. Ancaq 2011-ci ildə “Ərəb baharı” ilə birlikdə Qəddafinin devrilməsindən sonra bu mövzuda yeni bir inkişaf yaşandı.
Morgdakı fotoşəkil sirri açırmı?
Ölkədəki etirazları izləyən
Livan əsilli İsveçli jurnalist Kassem Hamade, adını açıqlamadığı bir qaynaqdan Sədrin nəşinin qalıqlarının tapıla biləcəyi gizli bir morq olduğunu öyrəndi. Hamadenin getdiyi morqda 17 cəsəd var idi. Hamadeyə morqda olan cəsədlərin təxminən 30 illik olduğu bildirildi. Bu müddət Sədrin itkin düşdüyü müddətlə üst-üstə düşürdü və cəsədlərdən birinin Sədrə bənzədiyi qeyd edilirdi. Cəsədi gördüyü zaman diqqətini çəkən iki detalı qeyd edən Hamade, “Morq işçilərindən biri cəsədi göstərəndə iki şey diqqətimi çəkdi. Uzun bir zaman keçməsinə baxmayaraq, cəsədin üz cizgiləri, dəri rəngi və saçlarından qalanlar Sədrə bənzəyirdi” dedi. Hamadeyə göstərilən və başından zərbə almış bir kişiyə aid qalıqlar, orta boylu bir insandan daha uzun birinə aid idi.
Musa əs-Sədrin boyu təxminən 1,98 metr idi. Yəni Hamadenin morqda gördüyü qalıqlar, Sədrin fiziki xüsusiyyətləri ilə uyğun gəlirdi.
Texnoloji analiz: “Böyük ehtimalla Sədrə aiddir”
Böyük Britaniya mərkəzli media quruluşu BBC, Hamadenin morqda çəkdiyi fotoşəkili, inkişaf etmiş bir üz tanıma sistemi inkişaf etdirən Bredford Universitetindəki bir qrupa göndərdi. Professor Həsən Uqaylın rəhbərlik etdiyi qrup,
Musa əs-Sədrin daha əvvəl çəkilmiş bir fotoşəkilini Hamadenin çəkdiyi fotoşəkillə müqayisə etdi. Sistem, morqda çəkilən fotoşəkili digər fotoşəkillə müqayisə edərək 100 üzərindən bir qiymət verdi. Qrupun rəhbəri Professor Uqayl, morqdakı görüntünü Sədrin həyatının fərqli dövrlərindəki dörd fotoşəkillə müqayisə etməyi qəbul etdi. Proqram təminatı daha sonra morq görüntüsünə 100 üzərindən ümumi bir bal verdi və bal nə qədər yüksək idisə, şəxsin eyni şəxs ya da bir ailə üzvünə aid olma ehtimalı o qədər yüksək olacaqdı. Fotoşəkilin balı 50-dən aşağı idisə, şəxs yəqin ki, Sədr ilə qohum deyildi. 60 ilə 70 arası bal, şəxsin Sədr və ya yaxın bir qohumu olduğu anlamına gəlirdi. 70 və ya yuxarı bal isə birbaşa uyğunluq anlamına gəlirdi. Fotoşəkilin 60-lar civarında qiymətləndirildiyini bildirən Prof. Uqayl, "Qalıqlar böyük ehtimalla Sədrə aiddir" dedi.
Ailənin inamsızlığı və davam edən ümid
BBC qrupu, morqdakı fotoşəkili çəkən Hamade ilə birlikdə morqun yerini təyin edə bilmək üçün fotoşəkilin çəkilməsindən illər sonra
Liviyaya getdi. Ancaq buradakı axtarışları,
Liviya kəşfiyyatı tərəfindən saxlanılmaları ilə nəticələndi. Bir neçə gün sonra sərbəst buraxılan qrup, kompüterdəki müqayisə nəticələrini
Musa əs-Sədrin ailə üzvləri ilə paylaşdı.
Musa əs-Sədrin oğlu Seyid Sədrəddin Sədr və “Əməl” rəsmisi Hacı Samih Haydus, kompüterin çıxardığı nəticələrə inanmadıqlarını söylədilər. Sədrəddin, fotoşəkilçəkilən cəsədin atasına aid olmadığının açıqca anlaşıldığını bildirərək, fotoşəkilin çəkildiyi tarixdə atasının sağ olduğunu düşündüyünü və atasının
Liviyada həbsxanada saxlandığı məlumatını rədd etdi. BBC, Seyid Sədrəddin Sədrin görüşlərini dəstəkləyən heç bir dəlil əldə edə bilmədi. Ancaq Livanda bir çox insan
Musa əs-Sədrin hələ də sağ olduğunu düşünür.
Livandakı Şiə cəmiyyəti üçün birləşdirici bir ünsürə çevrilən
Musa əs-Sədr üçün hər il yoxa çıxdığı gün olan 31 avqustda anma mərasimləri keçirilir və bəziləri onun bir gün Livana geri dönəcəyini düşünür.
Sədrin yoxa çıxması ilə bağlı yeni inkişaflar
Musa əs-Sədrin yoxa çıxması ilə bağlı maraqlı bir inkişaf isə 2015-ci ildə yaşandı.
Liviyanın öldürülmüş keçmiş lideri Müəmmər
Qəddafinin oğlu Hənnibal Qəddafinin,
Liviya səfəri zamanı yoxa çıxan Şiə din xadimi
Musa əs-Sədr və iki yol yoldaşı haqqında məlumat almaq istəyən silahlı bir qrup tərəfindən
Livanın Beka bölgəsinə qaçırıldığı, aparılan danışıqlar nəticəsində isə sərbəst buraxıldığı bildirildi.
24 saat
Oxucu Şərhləri
Şərh Yaz