Gündəm 19.07.2025

Los Ancelesdə avtomobil izdihama girdi: 20 yaralı, 10-u ağır

Los Ancelesdə avtomobil izdihama girdi: 20 yaralı, 10-u ağır

ABŞ-ın Los Anceles şəhərində gecə klubunun qarşısında avtomobilin izdihamın içinə dalması nəticəsində azı 20 nəfər xəsarət alıb. Yaralılardan 10-nun vəziyyəti kritik olaraq qiymətləndirilir.

Hadisə şənbə günü səhər erkən saatlarda Santa Monika Bulvarı üzərində yerləşən Vermont klubu yaxınlığında baş verib. Los Anceles Yanğınsöndürmə Xidmətindən verilən məlumata görə, əraziyə çatdıqları zaman çox sayda yaralı aşkarlanıb və bu səbəbdən əlavə qruplar çağırılıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə hadisə yerinə səpələnmiş əşyalar, eləcə də boz rəngli bir avtomobilin tamamilə əzilmiş vəziyyətdə səkiyə çıxdığı, ətrafının isə dağıntılarla dolu olduğu görünür.

TOQQUŞMAYA SİLAH SƏSİ SƏBƏB OLUB?

Şahidlərin ifadələrinə görə, toqquşmadan dərhal sonra bəzi şəxslər avtomobilin ətrafına toplaşıb, bəzi yaralılar isə yerdə hərəkətsiz vəziyyətdə qalıblar. Bir şahid bildirib ki, nəqliyyat vasitəsinin kütlənin arasına girməsindən bir qədər əvvəl silah səsləri eşidib. Yaralılardan birinin güllə yarası alması barədə də məlumat verilib. Nəqliyyatda olan şəxs təcili yardım briqadaları tərəfindən çıxarılıb.

HADİSƏNİN TƏFƏRRÜATLARI

Yanğınsöndürmə xidmətinin kapitanı Adam Van Gerpen bildirib ki, hadisə yerinə saat 02:00 radələrində çatıblar. Məlumata görə, avtomobil sürücüsü huşunu itirib və əvvəlcə səyyar yemək arabasına, daha sonra isə klubun önündəki izdihama çırpılıb.

KLUB ÇIXIŞINDA DƏHŞƏTLİ MƏNZƏRƏ

Vermont gecə klubu hadisə zamanı DJ FLXN-in çıxış etdiyi bir tədbirə ev sahibliyi edirdi. Yanğınsöndürmə xidməti yaralıların vəziyyəti ilə bağlı son qiymətləndirmələri aparsa da, insidentin dəqiq səbəbi və sürücünün vəziyyəti hələlik aydın deyil. Rəsmilər, qəzanın qəsdən olub-olmadığını araşdırırlar. Şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib.

Yanğınsöndürmə

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz