Fransada Yaşayan Bloger Məhəmməd Mirzəliyə Höküm Oxunub
Fransada yaşayan azərbaycanlı bloger Məhəmməd Mirzəli barəsində Binəqədi Rayon Məhkəməsində başlanan cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin qərarına əsasən, onun 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi qərara alınıb.
İttihamlar və Hüquqi Proses
Məhəhəmməd Mirzəliyə qarşı açılan cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham irəli sürülüb: 220.2-ci maddə (zorakılıq, talan, yanğın törədilməsi, əmlakın məhv edilməsi, odlu silah, partlayıcı maddələr və ya qurğuların tətbiqi, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 281.1-ci maddə (hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma).
Bu ilin mart ayında Azərbaycanın Baş Prokurorluğu cinayət işi çərçivəsində Məhəmməd Mirzəli barəsində qiyabi istintaqa başlayıb. O, Azərbaycan hakimiyyətinin kəskin tənqidçisi kimi tanınır. İyunun 3-də Binəqədi Rayon Məhkəməsi onun haqqında axtarış elan olunmaqla həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib.
Oxucu Şərhləri
Şərh Yaz