AKTYOR KARYERALARINDA BİRGƏ LAYİHƏLƏR
Oskar mükafatı laureatı Marion Cotillard və Fransız kinosunun ən tələb olunan aktyorlarından biri, eyni zamanda rejissor kimi də fəaliyyət göstərən Guillaume Canet karyeraları boyu tez-tez birgə çalışmışdılar. Cotillard, Canet’nin rejissoru olduğu “Les Petits Mouchoirs” (2010 – Kiçik Ağ Yalanlar) və “Astérix et Obélix: L'Empire du Milieu” (2023 – Asteriks və Obeliks: Orta Krallıq) filmlərində rol almışdı.
Həyatda olduğu kimi, kinoda da cütlük kimi kamera qarşısına keçən Cotillard və Canet, 2017-ci ildə ekranlara çıxan və rejissorluğunu Guillaume Canet'nin etdiyi “Rock N'Roll” filmində də ər-arvad personajlarını canlandırmışdılar.
AYRILIĞA BAXMAYARAQ YENİ İŞBİRLİYİ
Cütlük, ayrılıq qərarına baxmayaraq, birlikdə daha bir layihədə yer almağa hazırlaşır. Guillaume Canet bir neçə həftə əvvəl çəkilişlərini başa vurduğunu açıqladığı “Karma” adlı triller filmi üçün hazırlıqlarını davam etdirir.
Cotillard və Canet, daha əvvəl də media suallarına cavab olaraq cütlük kimi bəyanatlar vermiş, lakin şəxsi həyatlarının və övladlarının məxfiliyinin qorunmasını tələb etmişdilər. Cütlüyün övladları indiyə qədər ictimaiyyət qarşısına nadir hallarda çıxıblar.